Möhlət Müslümov ilk açıq ustad dərsindən məmnun qaldı
13 aprel 2011 16:51 (UTC +04:00)

Möhlət Müslümov ilk açıq ustad dərsindən məmnun qaldı

Lent.az-ın məlumatına görə, Milli Konservatoriyanın tarixində ilk dəfə olaraq baş tutan açıq dərs instrumental muğam kafedrasının müdiri, sənətşünaslıq namizədi, professor, əməkdar müəllim Malik Quliyevin təşəbbüsü ilə təşkil olunub. Açıq dərsdə Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, prorektorlar Vaqif Əbdülqasımov və Akif Quliyev, Mədəniyyət və İncəsənət Universitetinin dekanı Vamiq Məmmədəliyev və instrumental muğam kafedrasının müəllim, tələbə heyəti iştirak edib.


Tarzən Anar Əliyev, Rəhimbala İbrahimov da daxil olmaqla tələbələrə “Rast” ailəsinə daxil olan muğamları müqayisəli şəkildə keçib, öz tövsiyələrini verib. Möhlət Müslümov ilk açıq ustad dərsindən məmnun qaldığını, ona xoş təsir bağışladığını deyib. Onun fikrincə, bu cür dərslərin keçirilməsi tələbələrin lazımi bilgiyə yiyələnməsi istiqamətində olduqca əhəmiyyətli və effektli addımdır.


Qeyd edək ki, Milli Konservatoriyada növbəti açıq ustad dərsi aprelin 27-də olacaq. Bu dəfə tələbələr sənətin sirlərini tanınmış kaman ustası, xalq artisti Fəxrəddin Dadaşov öyrədəcək.

Xəyalə Muradlı
# 655

Oxşar yazılar