Möhlət Müslümov açıq dərs keçəcək
09 aprel 2011 18:28 (UTC +04:00)

Möhlət Müslümov açıq dərs keçəcək

Açıq dərs aprelin 13-də Milli Konservatoriyada olacaq.

Bu barədə Lent.az-a məlumat verən Möhlət Müslümov bildirib ki, açıq dərsində öz tələbələri ilə yanaşı başqa musiqi məktəblərinin şagirdləri və müəllimləri də iştirak edəcək: “Bunu muğamlarla bağlı ustad dərsi də hesab etmək olar. Açıq dərsi çalışdığım Milli Konservatoriyanın solo muğam kafedrası təşkil edir. Hər halda Milli Konservatoriyada ilk dəfədir belə bir şey keçiriləcək. Ona görə elə mənim özüm üçün də olduqca maraqlıdır”.

Xəyalə
# 739

Oxşar yazılar