YUNESKO rəsmisi İçəri Şəhərdə olub
08 aprel 2011 11:57 (UTC +04:00)

YUNESKO rəsmisi İçəri Şəhərdə olub

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, gəzinti zamanı qonağa YUNESKO-nun “Dünya İrsi Siyahısı”na daxil edilmiş İçəri Şəhər, burada aparılan son abadlaşdırma və bərpa işləri barədə informasiya verilib.

Gəzinti Bakı şəhərinin simvolu və çoxəsrlik tarixə malik Qız Qalası abidəsi ilə başlayıb və Sıratağlı dini-memarlıq kompleksinin ekspozisiyası ilə tanışlıqla davam edib.

Qoşa Qala Qapıları meydanı ilə tanışlıqdan sonra Cənab D-Orvil Kiçik Qala küçəsində yerləşən təndirdə təzə bişmiş isti çörəyin dadına baxıb.

Qonaq 2000-ci ildən YUNESKO-nun “Dünya İrsi Siyahısı”na daxil olmuş orta əsr memarlığının şah əsərlərindən biri olan Şirvan hakimlərinin iqamətgahı “Sirvanşahlar Sarayı Kompleksi”ndə olub. O, kompleksə daxil olan hər bir abidənin memarlıq-inşaat xüsusiyyəti və tarixi barədə ətraflı məlumatla tanış edilib.

Eyni zamanda qonağa digər dünya əhəmiyyətli abidə Məhəmməd məscidi və burada aparılmış muzey konservasiya işləri barədə məlumat verilib.

Sonda cənab D-Orvil yeni bərpa olunmuş “Kiçik Karvansara” abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – “İncəsənət Bağı”nda olub və burada nümayiş olunan “Nağıl qəhrəmanları rəssamların gözü ilə” adlı rəsm və kitab sərgisinə tamaşa edib.

Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıqdan yadigar olaraq, qonağa xatirə hədiyyələri təqdim olunub, cənab Hans D-Orvil öz növbəsində İçəri Şəhərdə görülmüş bərpa və konservasiya işlərini yüksək qiymətləndirib.
# 487

Oxşar yazılar