Fərqanə Qasımova İspaniyaya gedir
06 aprel 2011 12:06 (UTC +04:00)

Fərqanə Qasımova İspaniyaya gedir

Xanəndə bu dəfə də xarici ölkə səhnəsində tək çıxış edəcək. Bu barədə Lent.az-a məlumat verən Fərqanə Qasımova bildirib ki, səfər aprelin 18-dən 20-ə qədər davam edəcək. O, İspaniyanın San-Dieqo şəhərində konsert verəcək: “Hər dəfə olduğu kimi, bu dəfə də həyəcan keçirirəm. Xüsusən də atam – Alim müəllim yanımda olmayanda həyəcanım birə min artır. Amma bu, birinci deyil. Ümid edirəm ki, bu dəfə də öhdəsindən gələcəyəm”.


Fərqanə xanım onu da deyib ki, növbəti qastrol səfəri may ayında Berlinə olacaq.

Xəyalə Muradlı
# 586

Oxşar yazılar