Ceyhun Mirzəyevin 65 illik yubileyi qeyd olunacaq
05 aprel 2011 13:13 (UTC +04:00)

Ceyhun Mirzəyevin 65 illik yubileyi qeyd olunacaq

Fondun mətbuat xidmətinin rəhbəri Rəşad Qasımovun Lent.az-a verdiyi məlumata görə, tədbir aprelin 11-də Film Fondda baş tutacaq.

Mərasimdə Ceyhun Mirzəyevin həyat və yaradıcılığından söhbət açılacaq, çəkildiyi filmlərdən parçalar nümayiş olunacaq. Bundan başqa mərhum aktyorun baş rolda çəkildiyi “Qara qağayı” filmindən də fraqmentlər göstəriləcək. Bu film 1962-ci ildə Rusiyada Georgiy Koltunov tərəfindən çəkilib. Film Fonda isə ötən il hədiyyə verilib.

Tədbirdə Ceyhun Mirzəyevin həyat və yaradıcılığını əks etdirən foto sərgi də təqdim olunacaq.

Xəyalə
# 1317

Oxşar yazılar