
Qurultayda qırğın olacaqmı?
Yazıçılar Birliyinin qurultayı yaxınlaşdıqca medianın bu quruma olan marağı artmaqdadır. Lakin AYB dəhlizlərində qurultayla bağlı müəmmalar hələ də qalır. AYB-nin nizamnaməsinə uyğun olaraq AYB-nin mətbu orqanlarının rəhbərləri, eləcə də AYB-nin sədri, katibləri qurultayda seçilirlər.
Əsas mübarizənin AYB sədrliyi uğrunda olacağı istisna deyil. Bu qurultaya qədər AYB rəhbəri sədr olacağı ilə bağlı ziddiyyətli açıqlamalar verib. O bəzən namizəd olacağını bildirib, bəzən isə təqaüdə çıxacağı haqda danışıb.
Anar Rzayevin yerinə AYB-nin iki katibinin adı hallanır. Rəşad Məcid və Çingiz Abdullayev deyilənə görə bu posta seçilmək üçün çalışırlar.
Bu barədə Kulis.az-a danışan Çingiz Abdullayev yayılan xəbərləri təkzib edib: “Mənim bu barədə yeganə fikrim odur ki, Anar hələ 72 yaşında cavan oğlandır və biz onun namizədliyinin üstündə dayanırıq. Sergey Mixalkov 92 yaşında Yazıçılar İttifaqına rəhbərlik edirdi. Onun yaşını heç yada salan da yox idi. Mənim namizədim özüm yox, Anardır.”
Rəşad Məcid də rəhbərə sədaqət nümayiş etdirib:
“Qurultay olacağı barədə söhbətlərdən xəbərim var, amma mənim rəhbər olacağımla bağlı söhbətlər eşitməmişəm. Hesab edirəm ki, Anar müəllim sap-sağlam öz postunda oturduğu halda başqa adların hallanması yersizdir. Mən onun namizədliyinin tərəfdarıyam. Əgər Anar müəllim özü kiminsə namizədliyini təklif edərsə o halda o namizədi müzakirəyə çıxartmağın yeri olar.”
Ramilə Qurbanlı
Oxşar yazılar

Tom Kruz 100 yaşına qədər filmlərdə çəkilmək niyyətindədir
19 may 2025 , 19:07
Da Vinçinin "Sonuncu şam yeməyi" - Bilinməyən DETALLAR
19 may 2025 , 17:59
"Avroviziya-2025": Böyük Britaniya yenə təəccübləndirdi...
19 may 2025 , 13:22
Duyğularınıza toxunacaq 5 film -VİDEO
19 may 2025 , 12:54
14 ildə ilk dəfə: Ancelina Coli Kann film festivalına qar kimi ağ paltarda qatıldı
18 may 2025 , 09:35
Sevgi təhlükəli olanda: qısqanclıq və qəddarlıq haqqında 5 film - VİDEO
16 may 2025 , 17:38
Şeyxin müavini Mirmehdi Ağaoğlunun "Həcc Gündəliyi"ndən YAZDI
16 may 2025 , 12:13