Fərqanə Qasımova: “Atam narahat idi ki... “
04 aprel 2011 14:23 (UTC +04:00)

Fərqanə Qasımova: “Atam narahat idi ki... “

Muğam ifaçıları bu dəfə də fransızları heyran qoyublar. Səfər barədə Lent.az-a məlumat verən Fərqanə Qasımova bildirib ki, onlar Parisdə iki konsert proqramı ilə çıxış ediblər. Hər iki konsert fransızların böyük marağına səbəb olub və alqışlarla qarşılanıb: “Çox şükür, budəfəki səfərlərimiz də uğurlu keçdi. Tamaşaçılar o qədər alqışladılar ki... Düzdür, atam narahat idi ki, birdən səsi sözünə baxmaz. Çünki bir az nasaz idi. Amma ustalığı burda da özünü göstərdi. Qayıdan kimi ilk növbədə konsertlərin video yazısını izlədik. Əmin olduq ki, yox, atam yenə gözəl oxuyub. Hətta anama o qədər ləzzət etdi ki, göz yaşlarını gizlədə bilmədi”.


Fərqanə Qasımova qeyd edib ki, bu səfər zamanı növbəti təklif də irəli sürülüb. Onlar gələn il də eyni ölkədə konsert verəcəklər.

Xəyalə Muradlı
# 668

Oxşar yazılar