Musiqiçilərimiz bayram konsertində çıxış ediblər
01 aprel 2011 16:07 (UTC +04:00)

Musiqiçilərimiz bayram konsertində çıxış ediblər

Azərbaycan diasporunun təşkilatçılığı ilə keçirilən konsertdə xanəndələr İlahə İbadova, Mehin Hümbətova və vokalist Reza Cudi çıxış ediblər. Bu barədə Lent.az-a gənc xanəndə İlahə İbadova məlumat verib. Konsertlər Novruz Bayramı ilə bağlı keçirilib.
Xanəndə diaspor xətti ilə daha bir neçə səfərə hazırlaşdığını qeyd edib. Bildirib ki, mayda Hollandiya və Almaniyada təşkil edilən növbəti konsert proqramında çıxış edəcək.


Qeyd edək ki, İlahə İbadovanın yeni “Qonşu qız” adlanan duet mahnısı yazılıb. Xanəndənin duet ortağı “Xalq ulduzu” müsabiqəsinin iştirakçısı Talehdir. Onun daha bir yeni mahnısı isə “Ayrılıq” adlanır.

Lalə Yusifqızı
# 2739

Oxşar yazılar