Türkiyədə yaşayan sənətçimiz vətəninə qayıtmalı olacaq - EKSKLÜZİV
Aktrisa uzun illərdən sonra ilk dəfə Azərbaycanda filmdə rol alacaq. Məlahət Abbasovanın əsas rollardan birini oynayacağı “Sübhün səfiri” adlı film tarixi janrdadır, dramaturq Mirzə Fətəli Axundova həsr olunub. Dövlət sifarişi ilə hazırlanan film haqqında Lent.az-a rejissor Ramiz Həsənoğlu məlumat verib: “Film əvvəlcə “Sabahın elçisi” adlanırdı, sonradan məlum oldu ki, “Azərbaycanfilm” telestudiyasında artıq bu adda film çəkilib. Hazırda çəkilişlərə hazırlıq gedir, məkanları müəyyənləşdiririk. İyulun ortasında çəkilişlər başlayacaq. Aktyorların müəyyən hissəsi seçilib, qalanları ilə bağlı məsləhətləşmələr aparılır”.
Ramiz Həsənoğlu Məlahət Abbasovanın Axundovun həyat yoldaşı Tubuxanım obrazını canlandıracağını deyib: “Məlahət Abbasova yumşaq xarakterinə, təbiətinə görə Tubuxanım obrazına çox yaxındır. Həm də çoxdandır, Azərbaycan incəsənətində görünmür, müəyyən mənada aclıq var. Film tarixi janrda olduğundan aktyor seçimində çox fikirləşirik. Axundov, Zərdabi, Vazeh, Bakıxanov kimi personajlara uyğun xarakterlər seçirik. Məlahət də Türkiyədəki aktyorların seçimində bizə yardım edəcək”.
Filmdə həm də türk və rus aktyorları çəkiləcək: “Filmdə Lermontov rolunu oynamaq üçün rus aktyor dəvət olunacaq. 80-dən çox personaj üzərində seçim edirik”.
Lalə Yusifqızı

636