Sovet kinosunun əfsanəsi öldü –  –
31 mart 2011 11:06 (UTC +04:00)

Sovet kinosunun əfsanəsi öldü – –

Qurçenko öz evində vəfat edib. Aktrisanın vəziyyəti pisləşib və onun üstünə həkim çağırılıb. Həkimlər gələndən sonra Qurçenko keçinib.

Ölümündən az öncə Lyudmila Qurçenko ağır zədə alıb. O, yıxılaraq ombasını sındırıb. Aktrisa mürəkkəb cərrahiyyə əməliyyatına məruz qalıb, mart ayının əvvəlində isə evə buraxılıb. Həkimlər onun ölümünə də əməliyyatdan sonrakı vəziyyətinin səbəb olduğunu istisna etmirlər.

Lyudmila Qurçenko 1935-ci ildə Ukraynanın Xarkov şəhərində doğulub. Kinoda hələ tələbə illərində debüt edib. O, 1956-cı ildə “Həqiqət yolu” filminə çəkilib. Elə həmin il ən əsas rollarından birini – Eldar Ryazanovun “Karnaval gecəsi”ndə oynayıb. Bu rolu ilə bütün SSRİ-də məşhurlaşıb. 1983-cü ildə aktrisaya SSRİ Xalq artisti adı verilib.
# 1237

Oxşar yazılar