Hollivudda mükafat qazanan azərbaycanlı aktyora fəxri fərman təqdim edildi
Lent.az-ın məlumatına görə, görüşdə nazir Əbülfəs Qarayev “Hollivudun Gənc Aktyorlar Mükafatı”nın film sənayesində gənc aktyorlara verilən ən yüksək mükafat hesab olunduğunu bildirib: “Bu mükafatın azərbaycanlı gənc aktyora verilməsi hamımızı sevindirir. Bu, təkcə Timur Oduşevin deyil, bütövlükdə Azərbaycan kinosunun uğurudur. Çalışmalıyıq ki, belə ekran əsərlərinin sayı çox olsun. Belə filmlərin çəkilməsi üçün nazirlik olaraq biz bütün kinostudiyalara kömək etməyə hazırıq”.
Son illər ölkəmizdə kino sahəsində baş verən canlanmanı yüksək qiymətləndirən nazir vurğulayıb ki, qazanılan uğurlar Azərbaycan kinosunun böyük gələcəyindən xəbər verir.
Hazırda Bakı Xoreoqrafiya Məktəbinin 2-ci kurs tələbəsi olan Timur Oduşev ilk dəfə çəkildiyi filimin müxtəlif ölkələrin qatıldığı belə bir möhtəşəm müsabiqədə uğur qazanacağını heç ağlına belə gətirmədiyini söyləyib.
Görüşdə Əbülfəs Qarayev Timur Oduşevə Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanını təqdim edib.
Qeyd edək ki, “Sahə” filmi “Narimanfilm” (Azərbaycan), “Georgianfilm” və “Bagira Films” (Gürcüstan) studiyalarının ilk birgə layihəsidir. Filmdə baş rolları Vaqif İbrahimoğlu, Timur Oduşev (Azərbaycan), Zaza Bejaşvili (Gürcüstan) və Melissa Papel (Fransa) ifa edib. Filmin ssenari müəllifi və quruluşçu rejissoru İlqar Safat, prodüseri Nəriman Məmmədovdur. Ekran əsəri Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi, “Paşa Bank”ın köməkliyi ilə ərsəyə gəlib. “Sahə” bədii filmi “Oskar” mükafatının təqdimatı zamanı “Ən yaxşı xarici” film nominasiyasına iddialı olub. Martın 13-də ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində keçirilən mərasimdə “Sahə” bədii filmində baş rolun ifaçısı Timur Oduşevə “Hollivudun Gənc Aktyorlar Mükafatı” təqdim edilib. O, bu mükafata “Xarici bədii filmdə ən yaxşı aparıcı rol” nominasiyasında fərqləndiyinə görə layiq görülüb.
Xəyalə Muradlı

Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11