“Xocalı soyqırımı” sərgi-müsabiqəsinin nəticələri elan olunacaq
30 mart 2011 14:08 (UTC +04:00)

“Xocalı soyqırımı” sərgi-müsabiqəsinin nəticələri elan olunacaq

Tədbir günahsız qurbanların əziz xatirəsinin anılması ilə yanaşı gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədi ilə düzənlənir. Nazirlikdən Lent.az-a verilən məlumata görə, tədbirdə “Xocalı soyqırımı” respublika sərgi-müsabiqəsinin nəticələri elan olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin Rəssamlar İttifaqı ilə birgə keçirdiyi müsabiqədə 125-dən çox rəssam 150-dək əsərlə iştirak edib.

Xatırladaq ki, sərgi-müsabiqənin açılışı fevral ayının 25-də keçirilmişdi.

Xəyalə
# 560

Oxşar yazılar