Əjdər Həmidov Milli Teatrda iki yeni rol üzərində işləyir
Lent.az-ın məlumatına görə, Viktor Hüqonun “Qadın dünyası”nda Yahuda, Elçinin “Teleskop” əsərinin tamaşasında Əzrail rolları üzərində artıq məşqlərə başlayan aktyor həm də yenicə təhvil verilmiş “Qarabağnamə” tamaşasında erməni obrazını yaradıb. Yeri gəlmişkən, bu erməni obrazı onun üçün yeni deyil. Əjdər Həmidov indi bərpa ömrünü yaşayan həmin tamaşada eyni rolu bir neçə il öncə də oynayıb.
Aktyor Lent.az-a açıqlamasında bildirib ki, yaxın zamanlarda iki filmin çəkilişlərinə start veriləcək və həmin filmlərdə çəkilmək üçün dəvət olunub. Amma o, filmlərin adını və oynayacağı obrazları hələlik açıqlamaq istəməyib.
Ramilə

1573