Tatlısəs: “Superəm, super!” - FOTO
28 mart 2011 17:25 (UTC +04:00)

Tatlısəs: “Superəm, super!” - FOTO

Lent.az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, artıq həyatı üçün təhlükə qalmayan İbrahim Tatlısəs hələ ayağa qalxa biləcək durumda olmasa da, ağır yaralanandan sonra ilk dəfə sevənlərinə səslənib.


Həkimlərə sevənlərinə mesajlarını çatdırmaq üçün müsahibə vermək istədiyini bildirən müğənniyə onu yormamaq üçün qısa suallar ünvanlanıb. Özünü necə hiss etməsi ilə bağlı suala İbrahim Tatlısəs “Superəm, super!” deyərək cavab verib. O, həkimlərdən də razılığını dilə gətirib, təşəkkürünü çatdırıb.


Müğənni səhhəti haqqında məlumat almaq üçün xəstəxananın həyətində gözləyən fanatlarının diqqətindən kövrəlib və sevənlərinin duasını gözlədiyini dilə gətirib.

Müğənninin beyin əməliyyatını həyata keçirən professor İlhan Elmacı da sənətçinin həyatı üçün risk qalmadığını söyləyib: “İkinci əməliyyata gəlincə, xəstənin durumundan asılı olaraq buna önümüzdəki günlərdə qərar veriləcək. Onu da deyim km, İbrahim Tatlısəssin gələcəkdə mahnı oxuması ilə bağlı hər hansı problem də yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 847

Oxşar yazılar