Yaşar Nuri müalicəsini Bakıda davam etdirəcək
Aktyorun özünün Lent.az-a verdiyi məlumata görə, hazırda özünü yaxşı hiss edir. O, martın 21-də növbəti müayinə üçün Türkiyəyə gedib. Dünən Türkiyədən qayıdan aktyor müayinənin nəticələrinin müsbət olduğunu bildirib: “Şükür, hər şey normal oldu. Ona görə də müalicəm burda davam etdiriləcək. Həkim nəzarətində olacağam. Bircə yeriməyimdə çətinlik var. İnşallah, o da düzələr, bir də Türkiyəyə qayıtmaram”.
Yaşar Nuri martın 30-da teatrda keçiriləcək “Lənkəran xanının vəziri” tamaşasının premyerasına gedəcəyini də deyib.
Xatırladaq ki, Yaşar Nuri ötən il noyabrın 9-da hipertonik-krizis diaqnozu ilə İstanbulun Memorial xəstəxanasına yerləşdirilmişdi. 4 ay Türkiyədə müalicə alan aktyor mart ayının 10-da Akademik Milli Dram Teatrının açılışında iştirak etmək üçün Azərbaycana gəldi.
Xəyalə Muradlı

636