“2011-ci il Beynəlxalq Harmoniya Sərgisi”
22 mart 2011 22:42 (UTC +04:00)

“2011-ci il Beynəlxalq Harmoniya Sərgisi”

Koreyanın Seul şəhərində “Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası”(SEBA), “Türkiyə-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası” və Koreyanın “Art Bent” şirkətinin təşkilatçılığı ilə “2011-ci il Beynəlxalq Harmoniya Sərgisi” adlı rəsm sərgisinin açılış mərasimi keçirilib.

Azərbaycanın Koreyadakı səfirliyindən lent.az-a verilən məlumata görə, açılış mərasimində beynəlxalq sərginin təşkilatçıları, Azərbaycandan gəlmiş rəssamlar, Azərbaycanın Koreyadakı səfirliyinin nümayəndələri, Koreyanın ncəsənət və mətbuat nümayəndələri, eləcə də sərgiyə dəvət edilmiş bir çox qonaqlar iştirak ediblər.

Açılış mərasimində sərginin təşkilatçısı “Art Bent” şirkətinin sədri Kvon Younq-il, Azərbaycan nümayəndə heyətinin sədri Validə Məmmədova, xalq rəssamı Cəmil Mühidzadə və digər qonaqlar çıxış ediblər.

Sərgidə Azərbaycan, Türkiyə rəssamlarının əsərləri birgə Koreya rəssamlarının əsərləri də nümayiş etdirilib.

“2011-ci il Beynəlxalq Harmoniya Sərgisi” iki hissədən ibarət olacaq. Sərgi martın 24-ə qədər Seulda, 25-26 martda isə Koreyanın Decon şəhərində davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 684

Oxşar yazılar