Nəfəsli və zərb alətləri üzrə II Respublika müsabiqəsinin qalibləri açıqlandı
19 mart 2011 10:48 (UTC +04:00)

Nəfəsli və zərb alətləri üzrə II Respublika müsabiqəsinin qalibləri açıqlandı

Lent.az-ın məlumatına görə, müsabiqədə Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərindən 70 şagird iştirak edib.

Peşəkar münsiflər heyətinin qərarı ilə uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri müxtəlif yaş qrupları üzrə I, II, III yerlərə və diploma layiq görülüblər. I yeri 24 nömrəli 11 illik və L. və M. Rostropoviçlər adına 21 nömrəli 11 illik uşaq musiqi məktəbi qazanıb.

II yerə 24 nömrəli 11 illik, L. və M.Rostropoviçlər adına 21 nömrəli 11 illik və Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbi sahib olub.

III yerə isə C. Hacıyev adına 3 nömrəli, 17 nömrəli, G.Şaroyev adına 35 nömrəli 11 illik, Q.Qarayev adına 8 nömrəli 11 illik, R.Hacıyev adına 15 nömrəli 11 illik, 10 nömrəli, Niyazi adına 22 nömrəli və H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbləri çıxıb. 7 məktəb isə diploma layiq görülüb.

Xəyalə
# 1356

Oxşar yazılar