Martın və məşhurlarımızın qəribə taleyi... - TARİX
18 mart 2011 16:36 (UTC +04:00)

Martın və məşhurlarımızın qəribə taleyi... - TARİX

Martın hər günündə heç olmasa bir tanınmış şəxsiyyət dünyaya gəlib. Çoxlarını yazmadım, onlardan yalnız çox məşhurlarını diqqətinizə çatdırıram. Onu da deyim ki, məşhurların məhz mart ayında doğulmasının hansısa mistik tərəflərinin olub-olmadığını da düşündüm...

Bir məqam da var ki, onlardan bəziləri elə mart ayında dünyadan köç ediblər. Bu da bir sual olardı, sualı yönəldəcək biri olsaydı...

Martda doğulanlar

1 mart - dövrünün məşhur müğənnisi, əməkdar artist Cahan Talışinskaya dünyaya gəlib.
2 mart - Aşıq Valehin doğum günüdür.
3 mart - yazıçı Manaf Süleymanov, Səfəvi hökmdarı şah Təhmasib, şairə Hökumə Bülluri doğulublar.
4 mart - ədəbiyyatşünas-alim Yaşar Qarayevin ad günüdür.
8 mart - aktyor Ağadadaş Qurbanov doğulub.
10 mart - Azərbaycanın ilk balerinası Qəmər Almaszadə, şairlərimiz
Süleyman Rüstəm, Cabir Novruz dünyaya gəliblər.
13 mart - aktyor, “Mixaylo” rolunun ifaçısı Nodar Şaşıqoğlunun doğum günüdür.
14 mart - yazıçı Anar, şair Qəmküsar doğulub.
15 mart - məşhur aktyor Ağasadıq Gəraybəyli, Aşıq Şəmşir, yazıçı İsa İsmayılzadə, aktyorlar Əlihüseyn Qafarlı, Məmmədəli Vəlixanlı dünyaya gəlib.
16 mart - dünyaca məşhur cazmen Vaqif Mustafazadənin, bəstəkar Zakir Bağırovun ad günləridir.
17 mart - muğam ustası Hacıbaba Hüseynovun, əvəzsiz sənətkarımız Hüseyn Ərəblinskinin ad günüdür.
19 mart - xalq artisti Ələkbər Seyfi dünyaya gəlib.
20 mart – səhnəmizin ilk Məcnunu Hüseynqulu Sarabski doğulub.
21 mart - Kazım Ziya (aktyor, pedaqoq), şair Səməd Vurğun, aktyor Hüseynağa Sadıqov, dahi Şəhriyar doğulub.
22 mart - aktyorlar Abbasmirzə Şərifzadə, Yusif Vəliyev, Lütfəli Abdullayev, Əlağa Ağayev, şair Əli Kərim, aktrisa Zəroş Həmzəyeva, yazıçı İsmayıl Şıxlı doğulublar. Təkrarsız muğam ustası Rübabə Muradova, yazıçı-dramaturq Cəfər Cabbarlı da həmin gün dünyaya gəlib.
24 mart – M. S. Ordubadi, Hacıməmməd Qafqazlı, Həsən Turabovun doğum günüdür.
25 mart – talesiz şair Almas İldırım, Qulam Məmmədli - teatrşünas-salnaməçi, satirik Rüfət Əhmədzadə doğulublar.
26 mart - aktyorlar Yavər Kələntərli, Ələsgər Ələkbərov, dramaturq Sabit Rəhman, müğənni Fatma Muxtarovanın doğum günüdür.
28 mart - aktyor Sidqi Ruhulla dünyaya gəlib.
30 mart - şair, göz cərrahı Paşa Qəlbinur, aktrisa Şəfiqə Məmmədova doğulub.
31 mart - şair Məmməd Aslan, müğənni Cabbar Qaryağdıoğlunun ad günləridir.

Olumu ilə ölümü martda qovuşanlar

Bəzi məşhurlar mart ayı doğulub, elə həmin ayda da dünyalarını dəyişiblər.
Fərman Kərimzadə 1937-ci il 3 martda dünyaya gəlib, 3 mart 1989-cu ildə dünyasını dəyişib.
7 mart Aşıq Ələsgər - 1821-ci ildə dünyaya gəlib, 1926-cı ilin həmin günü rəhmətə gedib.
23 mart - Rza Darablının doğum günüdür, aktyor-rejissor - (1883-1942) - həmin gün də vəfat edib.
Mirzə Fətəli Axundov 10 mart 1812-ci ildə Şəkidə dünyaya gəlib 1878-ci ilin həmin gün Tiflisdə dünyasını dəyişib.
Bəşir Səfəroğlu 11 mart 1925-ci il dünyaya gəlib, 1969-cu ilin həmin günü vəfat edib.
Qaçaq Nəbi 12 mart 1854-cü ildə dünyaya gəlib, 1896-cı ildə həmin gün vəfat edib.
Nəcəfqulu - rəssam- mart ayında dünyaya gəlib, eyni gündə rəhmətə gedib.
Mehdi Hüseyn mart ayında doğulub, mart ayında da dünyasını dəyişib (1909-1965).


Ramilə Qurbanlı
# 1507

Oxşar yazılar