Bakı ilaxır çərşənbəni qeyd edir
Lent.az-ın məlumatına görə, bayram tədbirinə “Azneft” meydanından atlar və dəvələrdən ibarət karvanın hərəkətə başlaması ilə start verilib. Karvanla hərəkət edən milli geyimli oğlan və qızlar Suraxanıdakı Atəşgah məbədindən od götürüblər. Musiqi sədaları altında Novruz personajlarının iştirakı ilə Heydər Əliyev Sarayı qarşısından keçən karvan daha sonra Qız Qalasına yaxınlaşıb. Qala üstündəki məşəl alovlandırılıb.
Saat 19.00-dan etibarən ilaxır çərşənbə münasibətilə incəsənət ustalarının iştirakı ilə Qız qalasının qarşısında bayram konserti keçirilir. Burada tanınmış musiqiçilərin ifasında baharı, yazın gəlişini vəsf edən mahnılar səsləndirilir. Bir neçə saatdan sonra isə atəşfəşanlıq keçiriləcək.
Qeyd edək ki, tədbirlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunub. İcra Hakimiyyəti dünən paytaxt sakinlərinə müraciət edərək onları konsertə və atəşfəşanlığı seyr etməyə dəvət edib.

1203