Mənsum İbrahimovun 115-ci Məcnunu
14 mart 2011 11:25 (UTC +04:00)

Mənsum İbrahimovun 115-ci Məcnunu

“Muğam aləmi” II Beynəlxalq Muğam Festivalı çərçivəsində göstəriləcək tamaşada əsas partiyaları xalq artistləri Mənsum İbrahimov və Nəzakət Teymurova ifa edəcək. Mənsum İbrahimovun Lent.az-a verdiyi məlumata görə, bu, onun sayca 115-ci tamaşası olacaq: “Mən 115-ci dəfə səhnəyə Məcnun olaraq, çıxacağam. Bu, mənim üçün olduqca əhəmiyyətli tarixi hadisədir. Ümumiyyətlə, muğam festivalı çərçivəsində “Leyli və Məcnun” muğam-operasının nümayişinin özü önəmlidir. Tamaşaçılar arasında festivala, simpoziuma gələn xarici qonaqlar üstünlük təşkil edəcək. Amma fürsətdən istifadə edib öz tamaşaçılarımızı da dəvət etmək istəyirəm. Bu tamaşa ilə həm xarici, həm də yerli tamaşaçılar qarşısında yaxşı mənada bir imtahan verəcəyik. Tərəf müqabilim isə Nəzakət Teymurova olacaq. İnanıram ki, möhtəşəm bir tamaşa olacaq və hamı razı qalacaq”.

Xanəndə bu ayın sonunda qastrol səfərinin olacağı barədə də xəbər verib. Hələ ətraflı məlumat vermək istəməyən xalq artisti bildirib ki, səfər Avropa ölkəsinə olacaq və orada 4 günlük solo konsert proqramı ilə çıxış edəcək.
Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 736

Oxşar yazılar