Məşhur tarzənimiz oğlu ilə birlikdə Moldovada çıxış edib
Əyyub Quliyevin Lent.az-a verdiyi məlumata görə, festivala dünyanın 20-yə yaxın ölkəsindən məşhur musiqiçilər və kollektivlər dəvət olunub. “Respublika Saray”ında ölkənin dövlət və hökumət rəhbərlərinin iştirakı ilə keçirilən festivalın təntənəli açılış mərasimində tarzən Ramiz Quliyev Moldova Dövlət Simfonik orkestrinin müşayiəti ilə çıxış edib. O, Azərbaycan və Moldova bəstəkarlarının əsərlərini səsləndirib.
“Nika Fondu”, “Beynəlxalq Humanitar və Mədəni Əməkdaşlıq Fondu ” və Azərbaycanın Moldovadakı səfirliyinin təşkilati dəstəyi ilə keçirilən konsertdə isə Dövlət Filarmonik orkestrin çıxışı Əyyub Quliyevin dirijorluğu ilə həyata keçib. Anşlaqla keçən konsertdə Dövlət Filarmonik orkestri Azərbaycan bəstəkarlarından Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirovun əsərləri ilə yanaşı dünya klassik musiqisindən nümunələr (P.Caykovski, J.Bize, J.Enesku) də ifa olunub. Konsertin solisti tarzən Ramiz Quliyevin ifasında ilk dəfə olaraq Moldova Filarmonik orkestrinin müşayiəti ilə Ü.Hacıbəyli, H.Xanməmmədov və H.Rzayevin əsərləri səslənib.
Konsertin sonunda Moldova Dövlət Filarmoniyasının direktoru professor Svetlana Bivol Filarmoniyanın 70 illik yubiley nişanlarını azərbaycanlı musiqiçilərə təqdim edib və onları növbəti festivalda çıxış etmək üçün yenidən Moldovaya dəvət edib.
Xəyalə

696