Teatr xadimləri mükafatlandırılacaqlar
09 mart 2011 13:21 (UTC +04:00)

Teatr xadimləri mükafatlandırılacaqlar

Nazirliyin mətbuat katibi İntiqam Hümbətovun Lent.az-a verdiyi məlumata görə, 2007-ci ildə təsis olunan “Zirvə” mükafatı milli mədəniyyətimizin qorunması, zənginləşdirilməsi və tərəqqisinə xidmət edən, teatr, musiqi, təsviri sənət sahəsində xüsusi nailiyyətlər qazanaraq yüksək peşəkarlıq nümayiş etdirən istedadlı şəxslərə verilir. Qaliblərin təltif olunma mərasimi martın 10-da Gənc Tamaşaçılar Teatrının “Gümüş maska” zalında keçiriləcək.

Qeyd edək ki, sabah Akademik Milli Dram Teatrının da açılış mərasimi olacaq. Teatr təmirdən sonra ilk dəfə qapısını İlyas Əfəndiyevin “Hökmdarın qızı” tamaşası ilə tamaşaçıların üzünə açacaq.

Xəyalə Muradlı
# 691

Oxşar yazılar