Fərqanə Qasımova II Beynəlxalq Muğam Festivalında
09 mart 2011 12:53 (UTC +04:00)

Fərqanə Qasımova II Beynəlxalq Muğam Festivalında

Bu barədə Lent.az-a danışan Fərqanə Qasımova bildirib ki, II Respublika muğam müsabiqəsində iştirak etmək üçün o da öz sənədlərini təqdim edib. Lakin onun bu müsabiqədə çıxış etməsinə ehtiyac olmayıb: “Sənədlər təqdim etdim, ancaq oxumağa ehtiyac görmədilər. Mən birbaşa festivalda iştirak hüququ qazandım. Bütün ümidlərimi Allaha bağlamışam. Bacardığım qədər əlimdən gələni əsirgəməyəcəyəm. Ölkəmizi bu mötəbər festivalda layiqincə təmsil etməyə çalışacağam. Qalib olub olmayacağım da yenə Allahın əlindədir”.

Qeyd edək ki, Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən festivalın açılış mərasimi martın 14-də Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.

Xəyalə
# 665

Oxşar yazılar