“Aktrisa”nın əcnəbi qadın qəhrəmanı tamaşaçıları heyrətləndirdi
Lent.az-ın məlumatına görə, təqdimatda sənətçilər, digər tanınmış şəxslər iştirak ediblər. Onların arasında xalq rəssamı Ağaəli İbrahimov, ssenarist Orxan Fikrətoğlu, xalq artisti Nazpəri Dostəliyeva, naşirlər Nigar Köçərli, Şahbaz Xuduoğlu, aktyor Bəhram Bağırzadə və digər tanınmış şəxslər də olub.
Filmin nümayişindən öncə “Aktrisa” filminin yaradıcı heyəti səhnədə tamaşaçılarla təəssüratlarını bölüşüblər. Rejissor Rövşən İsax filmin ərsəyə gəlməsində dəstəyi olan
Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür edib. Fuad Poladovla baş rolu paylaşan Moskvanın Stanislavski adına Akademik Musiqili teatrının aktrisası Alesa Kaçerin mənalı çıxışı olub. Əslən Belarusdan olan aktrisa ürək sözlərini Azərbaycan dilində çatdırıb. Təqdimat üçün əvvəlcədən çıxışını əzbərləyən aktrisanın şivəsi və tələffüzü iştirakçıları həm heyrətləndirib, həm güldürüb.
Qeyd edək ki, kriminal-dram janrında çəkilmiş filmdə bir-birinin ardınca törədilmiş üç qətl hadisəsindən bəhs edilir. Aktyorluq sənətinə böyük həvəs göstərən gənc aktrisa Lalə onun gözəlliyinin və sənətinin vurğunu olan bank işçisi Səmədin köməyi ilə mono-tamaşasını əcnəbi səhnələrdə oynamaq üçün sponsor tapır. Sponsorla – VEF Bankın prezidenti Vaqif Eyvaz oğlu Fətəliyevlə tanışlıqdan sonra gözəl, gənc qadın və ömrünün yarısından çoxunu geridə qoymuş iş adamı bir-birinə vurulur. Vaqif Fətəliyev vaxtilə atasının yaxın dostunun qızı ilə qurduğu məcburi ailə həyatına son qoyub Lalə ilə evlənir. Amma Vaqif Fətəliyevin Laləni səhnədən ayırması qızın xarakterindəki maksimalistliyi avantüraya qədər inkişaf etdirir. O, aktyorluq potensialını həyat səhnəsində istifadə etməyə və qeyri-iradi iblisin “rejissorluğu” altında oynamağa başlayır. Oyunun yeganə tamaşaçısı olmaq onların bağ qonşusu yazıçı Rüfət Hüseynzadəyə qismət olur.
Filmin saundtrekini müğənni Röya Nəcəfova ifa edib.
Xatırladaq ki, “Aktrisa” filminin ssenari müəllifləri İlqar Fəhmi, Rövşən İsax, rejissorları Akif Rüstəmov, Mehman Məmmədovdur. Rollarda xalq artisti Fuad Poladov, Alesa Kaçer, İlham Hüseynov, Rövşən İsax, Şövqi Hüseynov, Məlahət Əhməd, Rəşad Səfərov, Salam İsmayılov və başqaları çəkilib.
Lalə Yusifqızı

1388