“Günay” uşaq teatrı Milli Teatr Gününə hazırlaşır
05 mart 2011 14:18 (UTC +04:00)

“Günay” uşaq teatrı Milli Teatr Gününə hazırlaşır

Lent.az-ın məlumatına görə, “Günay” uşaq teatrının yaradıcı kollektivi martın 10-da əlamətdar günü Azərbaycan Teatr Xadimləri İttifaqının diplomuna layiq görülmüş “Arşın mal alan” tamaşasının nümayişi ilə qeyd edəcək.

Balaca aktyorlar Novruz bayramı ərəfəsində və 27 mart - Beynəlxalq Teatr Günündə də öz tamaşaçılarını sevindirəcəklər.

Novruz bayramında da tamaşaçılar qarşısına “Arşın mal alan” komediyası ilə çıxacaq kollektiv martın 27-də “Sevgi tarixçəsi” tamaşasını göstərəcək. Tamaşa Şekspirin “Romeo və Cülyetta” faciəsinin motivləri əsasında hazırlanıb. Tamaşanın rejissoru və ssenari müəllifi Larisa Tarusovadır.

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 924

Oxşar yazılar