Qobustanda yeni muzeyin yaradılmasına 2 milyon manat ayrıldı
04 mart 2011 19:19 (UTC +04:00)

Qobustanda yeni muzeyin yaradılmasına 2 milyon manat ayrıldı

Lent.az-ın Azərbaycan Prezidentinin rəsmi saytına istinadən məlumatına görə, ölkə başçısı Qobustan Milli Tarix-Bədii Qoruğu muzeyinin yeni binasının tikintisi üçün 2011-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 2,0 (iki) milyon manat vəsait ayrılmasını qərara alıb.
# 599

Oxşar yazılar