Jurnalistlər üçün qapalı film təqdimatı keçirilib
04 mart 2011 16:27 (UTC +04:00)

Jurnalistlər üçün qapalı film təqdimatı keçirilib

Lent.az-ın məlumatına görə, təqdimatdan əvvəl filmin nümayiş olunduğu kinoteatrın direktoru Namiq Quliyev çıxış edərək filmin məzmunu barədə qısa məlumat verib. Sonra dram-macəra janrında ekranlaşdırılan “Larqo Vinç - Birmada sui-qəsd” filmi nümayiş etdirilib. Fransız rejissor Jerom Sall tərəfindən lentə alınan ekran əsərində baş rolları Tomer Sisley, Şeron Stoun və Kristin Skot Tomas ifa edir.



Filmdə əsas qəhrəman 26 yaşlı Larqo Vinçdir. Milyarder iş adamı Nerio Vinç dünyasını dəyişir. Ölümündən sonra sahibi olduğu şirkətdə isə savaş başlayır. İdarə heyətinin üzvləri ölmüş rəislərinin hamıdan gizlətdiyi Larqo adlı bir oğlunun olduğunu öyrənəndə şoka düşürlər. Artıq 26 yaşlı macərapərəst, üsyankar ruhlu Larqo nəhəng bir korporasiyanın və milyardlarla dolların varisidir. O, atasından qalan hakimiyyəti qorumaq və atasının ölümünün səbəbini öyrənmək üçün amansız mücadiləyə girişir. Üstəlik, Larqo Vinç Birmada hərbi dəstəni maliyyələşdirərək bəşəriyyətə qarşı cinayətlərdə ittiham edilir. Bütün bu yanlış ittihamları aradan qaldırmaq üçün Larqo Vinç Birmaya yola düşür və bütün qaranlıq məqamlara aydınlıq gətirir.


Təqdimatdan sonra ticarət və istirahət mərkəzinin nəzdində restoran açılışı olub. Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, TÜSİAB-ın nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Lalə
# 620

Oxşar yazılar