Bakıda “Mərkəzi Asiya örtükləri” sərgisi keçirilir
Sərgini Londonun Viktoriya və Albert muzeyi təqdim edir
Bu gündən başlayaraq, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət muzeyinin təşkilatçılığı ilə Londonun Viktoriya və Albert muzeyinin təqdimatında Raunun kolleksiyasından “Mərkəzi Asiya örtükləri” sərgisi keçirilir. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, sərgi bu gün Azərbaycan Dövlət İncəsənət muzeyində baş tutacaq. Sərgidə Mərkəzi Asiyanın 58 sayda müxtəlif məqsədli geyimləri və örtükləri nümayiş etdirməsi nəzərdə tutulub.
Elmi mənbələrdən bəllidir ki, Mərkəzi Asiyanın zaman-zaman dəyişən, Xəzər dənizi, Sibir düzləri, İran səhraları ilə əhatələnən təbii sərhədləri daxilindəki ərazilərinə bu gün müstəqil dövlətlər olan Qazaxıstanın, Özbəkistanın, Qırğızıstanın, Tacikistanın, Türkmənistanın, eləcə də, Əfqanıstanın və Qərbi Çinin bir hissəsi daxildir.
Coğrafi vəziyyəti etibarilə dəniz yolları açılmazdan əvvəl Şərqlə Qərb arasında ticarətin inkişafını təmin edən Böyük İpək yolu məhz bu ərazilərdən keçirdi. Bu isə həmin ərazilərdə Mərkəzi Asiya incəsənətinin zənginləşməsinə şərait yaradıb. Sərgiyə bu incəsənətin Raunun kolleksiyasında yer alan nümunələri təqdim edilib.
Sərgi noyabrın 5-dən 2010-cu il mart ayının 3-ə qədər davam edəcək.
Lalə Yusifqızı

Oxşar yazılar

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
15 iyul 2025 , 16:19
Qadın hiyləsi haqqında 10 sitat
14 iyul 2025 , 18:35
Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO
14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO
14 iyul 2025 , 14:49Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32