Mübariz Tağıyev: “Peşəkar bəstəkarlar depressiyadadır”
03 noyabr 2009 15:15 (UTC +04:00)

Mübariz Tağıyev: “Peşəkar bəstəkarlar depressiyadadır”

“Almalarınla” mahnısını çox bəyənirəm”

Son vaxtlar pedaqoji fəaliyyətə başı qarışan Mübariz Tağıyevin yaradıcılığında yeniliklər yoxdur. Xalq artisti Lent.az-a açıqlamasında bunu bir çox amillərlə əlaqələndirib: “Gənclərlə çalışmaq ən çox maddi məsələlərlə bağlıdır, inkar etmirəm. Tələbə yetişdirmək bir tərəfdən xoşdursa, digər tərəfdən çətindir. İstəyirəm ki, hər biri Azərbaycan estradasına layiqincə xidmət etsin”.
Müğənni işlərində fasilə olmasını bəstəkarların fəaliyyəti ilə izah edib: “Son vaxtlar peşəkar bəstəkarlarda qəribə hal müşahidə edirəm. Peşəkar bəstəkarlar depressiyadadır. İndi musiqi savadı olmayan gənclər daha çox fəaliyyətdədirlər. Bu da normaldır, inkar etmirəm. Ələkbər Tağıyev yaradıcılığı sübutdur. İndi də təbii ki, istedadlı melomanlar da var”.
Mübariz Tağıyev bəyəndiyi pop mahnısının da adını açıqlayıb: “Misal üçün mən “Almalarınla” mahnısını bəyənirəm. Hər mahnının sözündə siyasət axtarmaq lazım deyil. Amma bu da istisnadır. Çünki bərbad mahnılar həqiqətən də çoxdur”.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 827

Oxşar yazılar