Yazıçı-tədqiqatçı Nuridə Atəşi Qafqaz Amazonlarını araşdırır
Qobustan, Novruz bayramı və Qafqaz Amazonları haqqında hazırlanan beynəlxalq layihə ilə bağlı mətbuat konfransı keçirilib
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Almaniyada fəaliyyət göstərən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən Qobustan, Novruz bayramı və Qafqaz Amazonları haqqında hazırlanan beynəlxalq tədqiqat layihəsinə həsr olunmuş mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Qafqaz Amazonlarının tədqiqatı ilə məşğul olan yazıçı, tədqiqatçı Nuridə Atəşi əldə etdiyi tapıntılarla bağlı çıxış edib.
O, Qobustanın “Ana Zağa” və “7 Gözəl” mağaralarının ilk dəfə Qobustan qadınlarının əhilləşdirdiyini və Amazonların yaşadıqları qədim məskənlərdən biri olaraq bugünkü Qax rayonunun Sarıbaşlar kəndi olduğunu iddia etdiyini vurğulayıb: “Azərbaycan torpaqlarından çıxarılmış arxeoloji qazıntılar və tarixi abidələr əsasında bütün dünyaya tarixi cəngavər qadınlar olan amazonların bugünkü Azərbaycan qadınlarının ulu əcdadları olduğunu sübut etməyə hazıram. Artıq məlum olduğu kimi Qobustan, Novruz və Qafqaz Amazonları haqqında beynəlxalq tədqiqat layihəsi hazırlanıb. Layihənin əsas məqsədi isə Qafqaz Amazonlarının həyatlarına dair araşdırma apararaq ölkəmizin qədim mədəniyyətini, eləcə də, dünya mədəni irsinə aid olan Qobustan tarixini bütün dünyaya tanıtmaq və hazırda Qafqaza olan beynəlxalq marağı daha da genişləndirərək ölkə mədəniyyətini, qədim incəsənətini təbliğ etməkdi”.
N.Atəşi onu da deyib ki, layihə çərçivəsində Amazonların həyatından bəhs edən filmin çəkilişi də nəzərdə tutulur. Tədbirdə çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov layihənin beynəlxalq aləmdə böyük maraq doğurduğunu bildirib. Tədbirdə Azərbaycanda səfərdə olan Bundestaq millət vəkili Qafqaz Parlamentlərarası Dostluq Qrupunun sədri Steffen Rayxe, Bundestaq millət vəkili Eduard Lintner, AMEA-nın müxbir üzvü Fəridə Məmmədova, Qobustanın arxioloqu Firuzə Muradova və başqaları çıxış ediblər.

1373