İçərişəhərin konservasiyası üzrə “Master Plan” təqdim olunub
Bu gün İçərişəhərin konservasiyası üzrə “Master Plan”ın təqdimat mərasimi keçirilib.
Lent.az-ın məlumatına görə, təqdimat mərasimində çıxış edən Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov “Master Plan”ın əsas məqsədinin təkcə İçərişəhərin görkəmində dəyişiklik həyata keçirmək olmadığını deyib: “Planın məqsədi Bakının tarixi mərkəzinin memarlıq irsinin sistemli şəkildə konservasiyası və gələcək inkişafının beynəlxalq prinsiplərə müvafiq olaraq planlaşdırılmasının təmin edilməsindən ibarətdir. “Master Plan” İçərişəhərin Baş Planı rolunu oynayacaq.
İçərişəhərin hər binasının təhlilini həyata keçirib, həmin tikintinin hansı dərəcə tarixi əhəmiyyət malik olduğunu, öz ilkin layihəsindən, istifadə təyinatından hansı şəkildə fərqli olduğunu təyin edib, onun əsasında şəhərin infrastukturuna, nəqliyyatına, turizm potensialına təsir göstərə bilən addımların və dövlət siyasətinin həyata keçirilməsinin təklif etməkdir. Bir sıra binaların və məhəllələrin ilkin vəziyyətinə gətirilməsi üçün plana bir xəritə kimi baxmaq lazımdır”.
M.Cabbarov sənədin Nazirlər Kabinetinə təqdim olunacağını məlumat verib: “Master Plan” tək dövlət qurumlarının deyil, ictimaiyyətin iştirakı ilə də müzakirə olunacaq. Məqsədimiz odur ki, nəticədə İçərişəhər üçün optimal olan sənəd əldə edək. Təqdimatdan sonra müəyyən bir dövr ərzində şərhlər və təkliflərin qəbul edilməsi həyata keçiriləcək. Daha sonra isə sənəd Nazirlər Kabinetinə təqdim olunacaq”.
“Master Plan”ı hazırlayan beynəlxalq ekspertlər qrupunun üzvü Yuka Cokilehto isə deyib ki, dünyada 10 irs meyarı var və Bakı həmin siyahıya “4-cü meyar” – tarixi ansambl meyarına əsasən daxil ediliib.
Lalə Yusifqızı

Oxşar yazılar

Dahilərdən pul haqqında 10 sitat
9 iyun 2025 , 16:09
Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə
8 iyun 2025 , 23:52
Ancelina Colinin az tanınan maraqlı filmləri
7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz 5 film -VİDEO
5 iyun 2025 , 19:07
“Sən nə vaxt sənətkar oldun?” – Vahid Əliyev Röyanı TƏNQİD ETDİ
5 iyun 2025 , 14:12
Ancelina Coli 50 yaşında: Baxın, bu illər ərzində aktrisa necə dəyişib
4 iyun 2025 , 20:15
Maykl Ceksonun ölümündən iki gün əvvəl çəkilən VİDEOSU: pərəstişkarlarını şoka saldı
2 iyun 2025 , 19:59