Əbülfəs Qarayev: “5 il hədər getməyib...” –
Yanvarın 28-də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin 5 illik yubileyi ilə əlaqədar 2006-2010-cu illərdə işıq üzü görmüş nəşr məhsullarından ibarət kitab sərgisi keçirilib. Lent.az-ın məlumatına görə, təqdim olunan kitabların əksəriyyəti mədəniyyət, incəsənət, ədəbiyyat, kulturologiya, mədəni irsin qorunması və turizm sahələrini əhatə edib. Sərgidə 3 dildə nəşr olunan “Mədəniyyət” kataloqunun 4-cü sayı və “Bizim nəşrlər” kataloqu da təqdim olunub.
Tədbiri giriş sözü ilə açan Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli 5 il ərzində bu sahədə görülən işlərdən danışıb. Azərbaycanda son illər nəşr olunan kitabların müxtəlif beynəlxalq kitab sərgilərində, yarmarkalarda nümayiş etdirildiyini bildirib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də beş il ərzində nəşriyyat sahəsində görülən işlərə nəzər yetirib. Nazir qeyd edib ki, bu dövr ərzində 150 adda kitab milyon tirajlarla işıq üzü görüb. Tək Azərbaycan yox, rus, ingilis, ərəb dillərində də nəşr olunan kitablar, mədəniyyəti, incəsənəti, tarixi, Qarabağ, Xocalını soyqırımını əks etdirib. Eyni zamanda görkəmli siyasət, elm, mədəniyyət xadimləri haqqında olan nəşrlər də böyük maraq doğurub.
Əbülfəs Qarayev latın qrafikası ilə çap olunan kitabların ölkənin bütün kitabxanalarına pulsuz paylandığını deyib. Onu da vurğulayıb ki, 32 min kitab dünyanın müxtəlif ölkələrinin kitabxanalarına göndərilib: “Nəinki başqa ölkələrdə, hətta qardaş Türkiyədə də Azərbaycan müəlliflərinin kitabları çox az sayda idi. Amma Milli Kitabxananın imzaladığı müqavilələrə əsasən, Türkiyə, Avstriya, Almaniya, Amerika və digər ölkələrə göndərilib. Bununla yanaşı, 100 adda nəşr məhsulu minlərlə tirajlarla beynəlxalq turizm sərgilərində, yarmarkalarda iştirakçılara paylanıb. Bu rəqəmlər göstərir ki, 5 il nəşriyyat sahəsində hədər getməyib. Kitab nəşri işində nazirlik olaraq öz töhfəmizi verə bilmişik”.
Nazir onu da əlavə edib ki, 2009-cu ildə Bakının İslam mədəniyyəti paytaxtı elan olunması ilə əlaqədar olaraq keçirilən İslam Kitab Sərgisi bu il də təşkil olunacaq. Bu sərginin iki ildən bir keçirilməsi nəzərdə tutulub.
Sərgidə sənətşünas Ziyadxan Əliyev, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Milli Kitabxananın direktoru Kərim Tahirov da çıxış edərək nəşriyyat sahəsində görülən işlərdən danışıblar. Tədbir boyu 5 il ərzində nəşr olunan kitablar haqqında slayd şou nümayiş olunub.
Xəyalə Muradlı

Oxşar yazılar

Mütləq izləməli olduğunuz 7 həyəcanverici detektiv serial - VİDEO
18 iyul 2025 , 14:45
Kefinizi açacaq 5 məzəli film - VİDEO
17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi
17 iyul 2025 , 16:25
Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO
16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO
16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO
16 iyul 2025 , 11:25
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
15 iyul 2025 , 16:19