26 may - Bakı Kitab Bayramı qeyd olunub
Mayın 26-da M.F.Axundov adına Milli Kitabxanada 9-cu Bakı Kitab Bayramı - Azərbaycanda illik milli kulturoloji layihə çərçivəsində sərgi, ilin mədəniyyət, ədəbiyyat və kitab hadisələrini əhatə edən milli kulturoloji müsabiqə, ədəbi görüş keçirilib. Lent.az-nın məlumatına görə, tədbirdə çıxış edən Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri Aydın Xan 9-cu Bakı Kitab Bayramının Azərbaycan Xalq Cümhuriyyətinin 91, Azərbaycan Yazıçılar Birliyinin 75, Cəlil Məmmədquluzadənin 140 illiyinə, eləcə də “İslam Mədəniyyəti Paytaxtı Bakı-2009” kimi əlamətdar hadisələrə həsr olunduğunu deyib. O bildirib ki, builki sərgidə Heydər Əliyev ekspozisiyası, Türkiyə və Misir Mədəniyyət Mərkəzinin xüsusi stendləri, uşaq ədəbiyyatı və kitabına, elektron nəşrlər, Qarabağa və başqa mövzulara aid xüsusi guşələr nümayiş olunub.
Milli Kitabxananın direktoru Kərim Tahirov sərgidə yeni kitablara ictimai baxışın da keçirildiyini söyləyib. Tədbirin davamında 2008-ci ilin ayrı –ayrı nominasiyaları arasında dəyərli mədəniyyət, ədəbiyyat, kitab-nəşr məhsulları sahiblərinin – Milli Kulturoloji Mükafatın qaliblərinin adları açıqlanıb. Məlum olub ki, 9-cu Bakı Kitab Bayramı – Milli Kulturoloji Mükafat Komissiyasının son toplantısında müsabiqəyə təqdim olunmuş çoxsaylı ədəbi-mədəni və kitab-nəşr layihələrinin sırasında 25 iş uğurlu sayılıb.
“2008-ci ilin bədii-sənədli kitabı” nominasiyasında “Heydər Əliyev: şəxsiyyət və zaman” çoxcildliyin müəllifi Elmira Axundova, “2008-ci ilin mədəniyyət dostu” nominasiyasında “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi”nin sədri İlham İsmayılov, “2008-ci ilin dəyərli nəşriyyatı” nominasiyasında “Aspoliqraf” nəşriyyatının direktoru Tural Axundov, “2008-ci ilin poeziya kitabı” nominasiyasında şair Vaqif Bayatlının “Yupyumru bir eşq ilə” poetik toplusu, “2008-ci ilin tarixi romanı” nominasiyasında, yazıçı Yunus Oğuzun “Nadir şah” tarixi əsəri, “2008-ci ilin etnoqrafik kitabı” nominasiyasında yazıçı Etibar Sturvinin “Stur haqqında kitab” tədqiqat əsəri və digər nominasiyalar üzrə qaliblər mükafatlandırılıb.
Tədbirin sonunda yazıçılar oxuculara hədiyyə etdikləri kitabları imzalayıblar.
Kimyə Rüstəmova

1598