
Azərbaycanlı rəssamın daha bir beynəlxalq uğuru
Mehriban Əfəndinin Lent.az-a verdiyi məlumata görə, o, Fransada keçirilən Beynəlxalq “Cinema & Costume Moulins” festivalında ən yaxşı geyim rəssamı kimi ödülə layiq görülüb. Bu ödül azərbaycanlı rəssama alman kino rejissoru Veit Helmerin “Absurdistan” filmindəki geyim rəssamı kimi işinə görə verilib. M. Əfəndinin sözlərinə görə, artıq üçüncü dəfədir “Absurdistan” filmi “Ən yaxşı geyim” mükafatını alır: “50-dən çox kino festivalının iştirakçısı olan bu film komediya janrında və ümumbəşəri sevgi mövzusundadır. 2007-ci ildə Azərbaycanda çəkilən bu filmə 20-dən çox xarici və tanınmış Azərbaycan aktyorları cəlb olunub. Quruluşçu rəssam kimi isə tək mən çalışmışam. Əslində bu layihədə bir çox azərbaycanlı kino işçiləri yer ala bilərdi. Təəssüf ki, tək bir əngəl ingilis dilini mükəmməl bilməkləri oldu. Ancaq mənim fikrimcə, Azərbaycan kino işçiləri bir çox beynəlxalq nailiyyətlər qazanmağa malikdirlər”.
Xəyalə
Xəyalə
Oxşar yazılar
Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36