Gənc fotoqraflar üçün müsabiqə
Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Birləşmiş Rəssamlar Klubu ilə birgə “Qədim Şəhər gənc fotoqrafların gözü ilə” adlı müsabiqə elan edib.
İdarədən Lent.az-a verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd incəsənətin populyarlaşdırılması vasitəsilə İçəri Şəhərin təbliği, ölkəmizdə yaradıcılıq işinin həvəsləndirilməsi, gənclərə dəstək və onlar arasında tarix və mədəni irsimizin önəmli bir hissəsi olan qədim şəhərə marağı artırmaqdır.
Yaradıcılıq müsabiqəsində 17-30 yaş arası gənclər iştirak edə bilər. Fotolar 2011-ci il yanvarın 5-dən 25-dək qəbul olunacaq. Fotolarda İçəri Şəhərin təbliğinə xidmət edən, tarixi-mədəni dəyərlərimizi özündə cəmləşdirən, qədim şəhərlə bağlı mövzular əks olunmalıdır.
Müsabiqənin sonunda təşkil olunacaq sərginin açılışı İçəri Şəhər ərazisində yerləşən Müasir İncəsənət Mərkəzində 2 fevral – Gənclər günündə baş tutacaq.

Oxşar yazılar

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
15 iyul 2025 , 16:19
Qadın hiyləsi haqqında 10 sitat
14 iyul 2025 , 18:35
Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO
14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO
14 iyul 2025 , 14:49Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32