Ən yaxşı bədii qiraətçilər müəyyənləşdi
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Rəsul Rzanın 100 illik yubileyi münasibətilə Göyçayda keçirilən “Deyilən söz yadigardır” V Respublika bədii qiraət müsabiqəsinin qalibləri müəyyənləşib.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, müsabiqəyə 34 bölgəni təmsil edən 70 iştirakçı qatılıb. Münsiflər heyətinin qərarı ilə I mükafata Füzuli rayonunun təmsilçisi, Mədəniyyət və İncəsənət Universitetinin dram rejissoru fakültəsinin tələbəsi Pərvin Ərzənalıyeva, II mükafata Dövlət İqtisadiyyat Universitetinin tələbəsi Könül Qurbanova, III mükafata Dövlət Rus Dram Teatrının aktrisası Həcər Ağayeva, həvəsləndirici mükafatlara Salyan Dövlət Kukla Teatrının aktyoru Rauf Həsənov, Əmircan mədəniyyət evinin təmsilçisi Firuz Rəfiyev və Göygöl rayonunun təmsilçisi Arzu Cəlilova layiq görülüb. Göyçay rayon Mədəniyyət və Turizm şöbəsinin təsis etdiyi xüsusi mükafatla isə Elçin Məmmədov təltif edilib.
“Deyilən söz yadigardır” V Respublika bədii qiraət müsabiqəsi qaliblərinin mükafatlarının təqdim olunma mərasimi dekabrın 22-də Gənc Tamaşaçılar Teatrının “Gümüş maska” zalında keçiriləcək.
Xəyalə

Oxşar yazılar

Qadın hiyləsi haqqında 10 sitat
14 iyul 2025 , 18:35
Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO
14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO
14 iyul 2025 , 14:49Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21