Sənubər İsgəndərli: “... ərizəmi yazıb işdən çıxacam”
“Teatrın durumu bu günə qədər məni qane etmirdi. Amma indi o əyər-əskiklərdən danışmaq istəmirəm. Çünki inanıram ki, bundan sonra hər şey gözəl olmalıdır. Bu baxımdan teatrımızda aparılan islahatları səbirsizliklə gözləyirəm. Bircə Allahdan ömür diləyirəm ki, arzu etdiyim teatrda çalışa bilim”. Bunu Lent.az-a açıqlamasında Azərbaycan Dövlət Akademik Milli Dram teatrının aktrisası, əməkdar artist Sənubər İsgəndərli bildirib.
İştirak etdiyi son filmin “Hökmdarın taleyi” olduğunu xatırladan aktrisanın sözlərinə görə, tamaşalar, çəkilişlər olmayanda çox darıxır: “Xüsusən də yayda bağda qalanda ürəyim yaman sıxılır. Divarlar üstümə gəlir elə bil. Başımı kitabla, internetlə qatmağa çalışıram”.
S.İsgəndərli teatrın yaradıcı heyətinin müsabiqə yolu ilə yenidən yığılmasını normal qəbul etdiyini deyib: “Bəlkə onda düzgünlük olar. Elələri var ki, nə vaxtsa, nəyə görəsə xalq artisti adını alıb. Amma ondan sonra heç bir iş görməyib, işləməyib. Rahat oturub ki, “nəyimə lazımdır bu yolu gedim-gəlim?” Dəfələrlə görmüşəm, rol veriblər istəməyib. 7-8 ildir teatrda olmamısansa, səni nəyə görə saxlamalıdırlar? Həm də indi tamam başqa zəmanədir – işləməyən dişləmir. Mən də hamı kimi ərizəmi yazıb işdən çıxacam. Sonra işə götürsələr sağ olsunlar, götürməsələr, başqa sahədə işimi davam etdirəcəm”.
Banu

Oxşar yazılar
Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36