Kitabxanaçılar üçün təlimlər başa çatdı
Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sumqayıtda keçirilən təlimlərdə respublikanın 20, Lənkəranda 14, Gəncədə 23 şəhər və rayonunun mərkəzləşdirilmiş kitabxana sistemlərinin direktorları qatılıb.
Təşkil olunmuş təlimlərdə Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova, məsləhətçi Samir Abbasov, Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru Ramazan Şabanov iştirak və çıxış edib. Çıxışlarda təlimlər haqqında kitabxana rəhbərlərinə məlumat verilib və kitabxanalarda yeni informasiya texnologiyalarının tətbiqinin prioritet məsələ olduğu bir daha kitabxana rəhbərlərinin diqqətinə çatdırılıb.
Təlimləri Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin mütəxəssisləri Nəzakət Rəhmanova, böyük metodist Ruhiyyə Namazova, baş metodist Aygün Hüseynova və aparıcı mühəndis-proqramçı Tural Qədirov aparıb.
Təlimləri uğurla başa çatdıran kitabxana rəhbərlərinə vəsiqələr təqdim olunub.
Xəyalə

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06