İki qədim musiqi aləti bərpa olunacaq
Bu ilin sonuna kimi iki qədim musiqi alətinin bərpasının başa çatması planlaşdırılır.
Qədim Musiqi Alətləri Ansamblının rəhbəri Məcnun Kərimovun Lent.az-a verdiyi məlumata görə, bu alətlərdən biri Səfiəddin Urməvi tərəfindən ixtira olunub və muğni adlanır: “Bu alətə bəzən müğənni də deyiblər. Çoxsimlidir, 37 simi var, uda bənzəyir. Bərpa ilə əlaqədar olaraq arxiv materiallarını toplayırıq. Bu ilin sonuna kimi muğni alətinin bərpası başa çatacaq”.
Bərpa olunacaq ikinci alət isə şahrud adlanır. Orta əsrlərdə daha çox azərbaycanlıların istifadə etdiyi bu alət də uda bənzəyir: “Bu alətlər bərpa olunandan sonra ansambla daxil edilir. Onlarda ifa etmək o qədər də çətin deyil. Çətin olan bu qədim alətləri bərpa etməkdir. Ümumiyyətlə, orta əsrlərdə 60-dan artıq musiqi aləti ifa olunub ki, onlardan cəmi 18-i dövrümüzə qədər gəlib çatıb, qalanları isə unudulub. Buna görə də bizim hələ görməli işlərimiz çoxdur”.
Xəyalə Muradlı

Oxşar yazılar

Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07
Körpəsini quyuya atmaq istəyən, əsərlərini yandıran yazıçı – Mirzə Cəlilin evindən REPORTAJ
12 may 2025 , 14:11
"Avroviziya - 2025" - Bazel müsabiqənin keçirilməsinə nə qədər pul xərcləyəcək?
12 may 2025 , 13:29
Bu Mərkəz Qarabağda muğamın şöhrətini bərpa edəcək-FOTO
11 may 2025 , 11:43
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olundu
10 may 2025 , 14:06