“Biz tamaşaçılarımızın nəbzini tuta bilmirik” - MÜSAHİBƏ
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Dövlət Kinostudiyasının direktoru, əməkdar incəsənət xadimi, xalq artisti Xamis Muradovun Lent.az-a müsahibəsi.
Əvvəlcədən bildirək ki, Xamis Muradov iclasa gecikdiyi üçün müsahibə tələsik şəkildə 15 dəqiqə ərzində götürülüb. Beləliklə, Xamis Muradovla 15 dəqiqəlik müsahibəni təqdim edirik.
- Hazırda kinostudiyasında vəziyyət necədir? Hansı işlər görülür?
- Kinostudiyanın ümumi işləri qənaətbəxşdir. Yəni, yaradıcılıq nöqteyi-nəzərdən. Çəkilişlər, filmlər var. Hazırda 3 film istehsalatdadır. Biri də bu yaxınlarda buraxılacaq. Biz həm gəncləri yaradıcılığa cəlb edirik - ildə bir-iki gəncə yoxlama prosesi kimi dövlət tərəfindən film etibar olunur -, həm də yaşlı nəslin nümayəndələri yaradıcılığını davam etdirir. Bu baxımdan qənaətbəxşdir. Amma studiyanı narahat edən cəhətlərdən biri odur ki, 2002-ci ildən kinostudiyanın təmiri ilə bağlı məsələ qalxıb. Bu yaxınlarda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də bəyan etdi ki, “Nizami” kinoteatrının təmiri başa çatandan sonra nazirliyin bütün günü kinostudiyaya veriləcək.
- Bu müddət ərzində kinostudiyanın yalnız dam örtüyü düzəlib.
- 2005-ci ildə dam örtüyünün təmirinə başladı. Hətta onda mən kinostudiyanın həyətində qurban kəsib payladım ki, nəhayət təmir başladı. Sonra bəzi səbəblərdən təmirlə bağlı sənədlərdə yeniləşmə, qiymətlərin dəyişməsi və s. getdi. O sənədlər tam hazır olana kimi uzun müddət keçdi. Mən də, bütün kollektiv də inanır ki, kinostudiya mütləq əsaslı təmir olunacaq, yeni texnika ilə təchiz ediləcək. Kinostudiyada yeni nəfəs, gənc nəsil peyda olacaq və biz studiyanı tam yararlı vəziyyətdə yeni yaradıcılara təhvil verəcəyik.
- Deməli, kinostudiyanın yararlı vəziyyətdə olmamasını etiraf edirsiniz.
- Kinostudiyanın laboratoriyası 20 ilə yaxındır ki, fəaliyyət göstərmir. Səsyazma sexi bərbad haldadır. Çəkiliş texnologiyası 1974-cü ildə, yəni Sovet dövründə alınan texnologiyadır. Buna görə biz məcbur oluruq Rusiyadan, Gürcüstandan, ya da İrandan texnika gətirib çəkilişlər aparaq. Kinostudiyanın pavilyonları pis vəziyyətdədir. İstilik sistemi 25 ildir, yoxdur. Otaqları, dəhlizləri bərbad haldadır. Təsəvvür edin ki, kinostudiya 50 il əvvəl tikilib və o vaxtdan əsaslı təmir olunmayıb. Ona görə də əsaslı təmirə çox böyük ehtiyac var. Mən ümidvaram ki, bu il təmirə başlayacağıq.
- Bütün bu çətinliklərə baxmayaraq kinostudiyada az-çox, pis-yaxşı film istehsal olunur. Amma o filmi Azərbaycan tamaşaçısı görə bilmir. Niyə efirdə nümayiş olunmur?
- Yox, efirə verilir, televiziyada göstərilir. Qanun var ki, çəkilən film heç olmasa 1 il kinoteatrlarda nümayiş olunmalıdı. Kinoteatr deyilən məhfumsa yoxdur bizdə. Bircə Azərbaycan kinoteatrı var ki, o da çox elə əlçatan deyil. Rayonlarda kinoteatrların vəziyyəti çox bərbad haldadır. Azərbaycan tamaşaçısını kinoteatra qaytarmalıyıq. Camaat elə bil kinoteatrdan küsüb, inciyib. O camaatı yenidən kinoteatra qaytarmaq lazımdı. Bəzən deyirlər ki, bu, texnika, video ilə bağlıdır. Dünyanın elə ölkələri var ki, texnika baxımından Azərbaycandan qat-qat irəlidədir. İstər Amerika, istər Rusiya olsun. Ancaq məsələn, Rusiyada keçən il 180 milyon pul yığılıb tamaşaçıdan. Deməli kinoya gedirlər, bu texnika ilə bağlı deyil. Sadəcə kinoteatrları normal vəziyyətə gətirərək, tamaşaçını ora cəlb etmək lazımdır.
- Sizcə, kinoteatrlarda şərait düzələndən sonra tamaşaçıda maraq artacaq ki?
- Artar, çünki kinoteatrda filmə baxan zaman alınan təəssürat televiziya ekranından aldığın təəssüratdan qat-qat artıqdır. Kinoteatrda daha böyük zövq alırsan. Mən inanıram buna. Çünki Azərbaycan tamaşaçısı kinonu sevən tamaşaçıdır. Sovet dövründə kinoprokatdan 100-120 faiz gəlir əldə edilirdi. Camaat çox gəlirdi. Sadəcə ölkədə gedən hadisələr, iqtisadi proseslər tamaşaçını kinoteatrdan uzaqlaşdırdı. Neçə dəfə İranda olmuşam və görmüşəm ki, orda kinoteatrların qarşısında növbə olur. Tamaşaçını kinoteatra qaytarmaq mütləq lazımdır. Bundan başqa, qonşu ölkələrlə film mübadiləsi etməliyik. Əks təqdirdə bizim çəkdiyimiz filmlərin heç bir təsiri olmayacaq.
- Amma sizə də sirr deyil ki, bəzi kino xadimləri son illər Azərbaycanda çəkilən filmləri bəyənmirlər. Deyirlər ki, bu filmləri xaricə aparmaq mümkün deyil.
- Bunu kinodan, kino istehsalından xəbəri olmayan adamlar deyir. Ötən əsrin 50-ci, 70-ci illərində çəkilən filmlər kateqoriyalara bölünürdü. Filmə verilən ən yüksək kateqoriya birinci kateqoriya sayılırdı. İkinci kateqoriyadan olan film orta səviyyəli, üçüncü, dördüncü kateqoriyadan olan isə ən zəif filmlər idi. O dövrdə üçüncü, dördüncü kateqoriya alan filmlər hazırda tamaşaçılar tərəfindən çox sevilən filmlərdir. Məsələn, “Görüş”, “Əhməd hardadır”, “Onu bağışlamaq olarmı” və s. Onlar Sovet vaxtı çox zəif filmlər kimi qiymət almışdı. Amma hazırda o filmlərə sevə-sevə baxırlar. Sadəcə bizim tamaşaçı filmə müəyyən müddət keçəndən sonra qiymət verir. Hətta ata-anaya da biz öləndən sonra qiymət veririk. Yenə də bir müddət keçəndən sonra baxıb deyəcəklər ki, Azərbaycan filmləri kimi yaxşı filmlər yoxdur. Özü də bu filmlərə harda baxıb belə qiymət verdilər? Filmin premyerası “Azərbaycan” kinoteatrında olur. Bir ildən sonra da televiziyada göstərilir. Ona görə bu fikirləri mən qəbul etmirəm.
- Bir həqiqət də var ki, bu gün Azərbaycan tamaşaçısı belə kinolardan daha çox, seriala böyük maraq göstərir.
- Mən sizinlə tam razıyam ki, biz öz tamaşaçılarımızın nəbzini tuta bilmirik. Elə öz ailəmizdə də o seriallara baxırlar. Bu seriallar Sovet serialları ilə müqayisədə səviyyəcə çox aşağıdır. “Baharın 17 anı”na baxın, bir də o seriallara. Sovet aktyoru, sovet dramaturgiyası... nə qədər fərq var. Mən bu barədə neçə dəfə məsələ qaldırdım ki, bizim pavilyonlar boş qalıb. Serialın sifarişçisi olmalıdır. Xaricdə belədir ki, bir kanal kinostudiya ilə müqavilə bağlayır. Həftədə bir seriyanı çəkib verir. Həm yaradıcı heyət işlə təmin olunur, həm də ölkənin tamaşaçısının öz xalqı haqqında təsəvvürü yaranır. Bu həm də mədəniyyətin bir təbliğatdır. Bizdə serial sifariş edən telekanal yoxdur. Hərə özü üçün çalışır. Adicə dublyajı götürək. Əvvəldən Azərbaycan kinosunda köklü, peşəkar dublyaj olub. Bizim dublyaj qalıb bir tərəfdə hər telekanal özündə bir dublyaj studiyası açıb. Çox səviyyəsiz, biabırçı vəziyyətdədir. Danışığı da, səsi də, tələffüzü də. Əgər yaxşı olmasını istəyirsinizsə, peşəkarlara təqdim edin, onlar da dublyaj edib sizə təhvil versinlər. Hərə öz yorğanını üstünə çəkib, istəyir yaşasın. Bu, çətin prosesdir.
- Bəs serialların çəkilməsi üçün başqa neyləmək olar? Prodüser mərkəzləri etməlidir, yoxsa...
- Bunun əsas çətinliyi telekanallarla kinostudiyanın əməkdaşlığındadır. Bizim yaradıcı qüvvəmiz, texniki bazamız, onlarınsa maliyyə imkanı var. Bu qüvvələri birləşdirib ortalığa iş qoya bilərik. Yoxlamaq istəsələr, əvvəl sınaq üçün 5-10 seriyalı bir filmlə başlaya bilərik. Amma bunu yalnız kinostudiyanın imkanları hesabına etmək çətindir. Biz çəkəndən sonra onu kiməsə verməliyik, kimsə almalıdır axı. Bu məsələni həll etmək üçün ikitərəfli etibar, inam şəklində müqavilə imzalanmalıdır.
- İndiyə kimi bizdə bir neçə teleserial çəkilib. Siz bir kino xadimi olaraq onları bəyənmisiz?
- Yox.
- Hansı səbəblərə görə?
- Onlar qeyri-peşəkar işdir. Ataların yaxşı sözü var. Deyir “çörəyi ver çörəkçiyə, birini də üstündə”. Hər kəs öz işilə məşğul olsa, daha yaxşıdır. Mən hələ görməmişəm ki, hər hansı bir aqronom kimisə əməliyyat etsin, ya da pinəçi dirijorluq etsin. Amma kimi dindirirsən, deyir mən kino çəkə bilərəm. Belə deyil axı. Dünya peşələri sırasında ən çətin peşə sınaqçı pilot sayılır. Ondan sonra rejissorluq gəlir. Bu, asan bir iş olsaydı, hamı kino çəkərdi də. Ona görə də onlar sənətdən çox uzaq adamlardır. İctimaiyyətin bir anlıq gülüşünə hesablanır. Ekran insanı güldürüb, ağlatmaqla yanaşı, həm də tərbiyə verməli, düşündürməlidir. Ekranın funksiyaları çox ağırdır.
- Sizcə, bu gün telekanallarımız bu funksiyaları layiqincə yerinə yetirir?
- Yox. Əgər yetirə bilsəydi, Ramiz Mehdiyev o cür çıxış etməzdi. Mən onu alqışlayıram, öz minnətdarlığımı da bildirdim. Çünki telekanal istədik-istəmədik hamımızın evinə daxil olur. Mən istərdim ki, hər ailənin səviyyəsi, mədəniyyəti ordan qidalana bilsin. Amma təəssüf ki, kanallarımız mən istədiyim səviyyədə deyil.
- Ailə demişkən, maraqlıdır, ailə üzvlərindən kiminsə sizin sənəti davam etdirmənizi istərdiniz?
- Çox istərdim. Mənim iki qızım var. İkisi də Xarici Dillər Universitetini qurtarıb. Çox istərdim, heç olmasa, nəvələrim kino sənətilə məşğul olsun. Çünki kino mənim həyatımda çox böyük rol oynayıb. Bəzən deyirlər ki, insan bir neçə dəfə həyata gəlir. Əgər Allah-taala məni bir dəfə də həyata gətirsəydi, yenidən kinoya xidmət edərdim.
- Bütün çətinliklərə baxmayaraq?
- Heç nəyə baxmadan. Ac günlərimiz də olub, pulsuz, işsiz günlərimiz də. Amma kino mənə çox şey verib. Kino mənə bütün dünyanı, Azərbaycanı kəndbəkənd gəzdirib. Çobanıyla də çörək kəsmişəm, katibiylə də, prezidentiylə də. Kino mənə hörmət, şöhrət, ad gətirib. Kinonun hesabına ailə qurmuşam. Mən ömrü boyu kinoya və məni kinoya gətirən müəllim Adil İsgəndərova minnətdaram.
- Yeri gəlmişkən, bu il Adil İsgəndərovun 100 illik yubileyidir.
- Biz buna çox hazırlaşırıq. İnanıram ki, yubiley çox yüksək səviyyədə qeyd olunacaq. Mən 1988-ci ildə “Salnamə” studiyasında işləyəndə Adil İsgəndərov haqqında iki hissəli film çəkmişəm. ”Boşluq” adlandırmışam. Çünki Adil müəllimin yeri hər zaman hər yerdə bir boşluq olaraq hiss olunur.
- Bilirəm tələsirsiz, amma bir sual da vermək istəyirəm. Dövlət tərəfindən filmin istehsalına ayrılan vəsait kifayət edir?
- Hələ buna şükür. Elə dövlətlər var ki, heç bir manat da pul ayırmır. Ona görə də buna şükür edirik.
Xəyalə Muradlı
[email protected]

1373