Bakı polisindən XÜSUSİ ƏMƏLİYYAT:   narkotacirlik edən tanınmış cərrah  tutuldu -VİDEO
13 iyun 2025 19:02 (UTC +04:00)

Bakı polisindən XÜSUSİ ƏMƏLİYYAT: narkotacirlik edən tanınmış cərrah tutuldu -VİDEO

Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən sonuncu tədbirlər zamanı 34 yaşlı Mirtale Rəhimov, əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər - 23 yaşlı Vüsal Səmədov və 42 yaşlı Elşən Əliyev saxlanılıblar. 

Lent.az-ın əldə etdiyi məlumata görə, onlardan ümumilikdə 2 kiloqrama yaxın tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, heroin, psixotrop maddə metamfetamin və güclü təsiredici xassəyə malik 87 ədəd preqabalin həbi aşkar edilib.

Həmin şəxslər sosial şəbəkələr vasitəsilə narkotiklərin onlayn satışını  keçiriblər. Bundan başqa, saxlanılan Elşən Əliyevin ifşa olunmamaq və izini itirmək üçün tez-tez yaşayış ünvanlarını dəyişdiyi, əsasən Bakıda yerləşən müxtəlif otellərdə gecələdiyi müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Lent.az-ın əldə etdiyi məlumata görə, saxlanılanlardan Elşən Əliyev tanınmış cərrahdır.

O, "Kəpəz" hospitalda çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2470

Oxşar yazılar

Şəkidə güclü yanğın başladı - VİDEO

Şəkidə güclü yanğın başladı - VİDEO

30 iyul 2025 , 23:20
Bakıda avtomobil  skuter sürən azyaşlı qızı  vurub öldürdü

Bakıda avtomobil skuter sürən azyaşlı qızı vurub öldürdü

30 iyul 2025 , 22:28
Samuxda 35 yaşlı qadını  ilan sancdı

Samuxda 35 yaşlı qadını ilan sancdı

30 iyul 2025 , 21:53
Gürcüstanda saxlanılan  Elnur Süleymanov Azərbaycana gətirildi

Gürcüstanda saxlanılan Elnur Süleymanov Azərbaycana gətirildi

30 iyul 2025 , 19:44
Qubada evdən meyit tapıldı

Qubada evdən meyit tapıldı

30 iyul 2025 , 19:33
Maşın vuran piyada 1 həftə sonra öldü

Maşın vuran piyada 1 həftə sonra öldü

30 iyul 2025 , 19:04
“Şlyapa Zahid”ə hökm oxundu

“Şlyapa Zahid”ə hökm oxundu

30 iyul 2025 , 18:35
"Sədərək" ticarət mərkəzində yanğın

"Sədərək" ticarət mərkəzində yanğın

30 iyul 2025 , 18:22