Bakıda qadın sirkə turşusundan zəhərlənib.
Lent.az xəbər verir ki, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində qeydə alınıb.
33 yaşlı Əlvan Arif qızı Vəliyeva yaşadığı evdə sirkə turşusundan zəhərlənərək xəstəxanaya aparılıb.
Lakin görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Araşdırma aparılır.