Ləğv edilmiş reyslərə görə Azərbaycan vətəndaşları İrəvanda,  Ermənistan vətəndaşları Bakıda  qalıb
13 iyun 2025 19:11 (UTC +04:00)

Ləğv edilmiş reyslərə görə Azərbaycan vətəndaşları İrəvanda, Ermənistan vətəndaşları Bakıda qalıb

Bəzi Ermənistan vətəndaşları ləğv edilmiş reyslər və İran hava məkanının qapalı olması səbəbindən Bakı hava limanında olublar.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, vəziyyətlə bağlı ardıcıl işlər gedir.

Bildirilib ki, vəziyyətlə bağlı ardıcıl işlər gedir.

Qeyd edilib ki, yaranmış vəziyyətlə əlaqədar bəzi təyyarələr İrəvanın “Zvartnots”, bəziləri isə qonşu ölkələrin hava limanlarına eniş edib.

“Məhz bu səbəbdən Ermənistan vətəndaşları Azərbaycanın paytaxtı Bakının, Azərbaycan vətəndaşları isə İrəvanın “Zvartnots” hava limanındadır” - məlumatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5438

Oxşar yazılar