İran İsraili   "darmadağın"   etdi - VİDEO
13 iyun 2025 19:13 (UTC +04:00)

İran İsraili "darmadağın" etdi - VİDEO

İran İsrailin hücumlarına "amansız" cavabını nümayiş etdirən video yayımlayıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, öz ərazisinə edilən İsrail hücumlarına cavab olaraq İran hakimiyyəti süni intellekt vasitəsilə hazırlanmış təbliğat videosu yayımlayıb.

Animasiya formatında çəkilmiş bu klipdə İsrailin tamamilə məhv edilməsi və münaqişədə İranın qələbəsi təsvir olunur.

Dramatik xüsusi effektlərlə zənginləşdirilmiş videoda İran ordusu İsrail şəhərlərinə və Təl-Əvivin obyektlərinə sarsıdıcı zərbələr endirir. Eyni zamanda, “sionist rejimin” simvollarının bölgənin xəritəsindən guya silindiyi göstərilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2035

Oxşar yazılar