Azərbaycanda "Uber" və rəhbəri  külli miqdarda CƏRİMƏLƏNDİ
13 iyun 2025 17:11 (UTC +04:00)

Azərbaycanda "Uber" və rəhbəri külli miqdarda CƏRİMƏLƏNDİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Baş Prokurorluğa daxil olmuş məlumat əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, araşdırma zamanı taksi operatoru kimi qeydiyyata alınaraq fəaliyyət göstərən “Ridetech” MMC-nin (əvvəlki adı ilə “Uber Azərbaycan” MMC) direktoru Müşfiq Həsənov tərəfindən bu sahədə mövcud olan müvafiq qanun və tələblərin pozulması nəticəsində Cəmiyyətə məxsus informasiya sisteminə müvafiq şəhadətnaməsi olmayan sürücülər barədə həqiqəti əks etdirməyən məlumatların daxil edilməsinə, həmin şəxslərin qanunsuz olaraq taksi fəaliyyəti ilə məşğul olmasına şərait yaradılması müəyyən edilib.
 
MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 326-2.2-ci (Taksi sifarişi operatorları tərəfindən “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, taksi sifarişi xidmətinin göstərilməsi zamanı istifadə olunan fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməməsinə və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət olunmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

Bundan başqa, MMC-nin direktoru Müşfiq Həsənov həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən 5000 manat məbləğində inzibati cərimə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3392

Oxşar yazılar

Şəkidə güclü yanğın başladı - VİDEO

Şəkidə güclü yanğın başladı - VİDEO

30 iyul 2025 , 23:20
Bakıda avtomobil  skuter sürən azyaşlı qızı  vurub öldürdü

Bakıda avtomobil skuter sürən azyaşlı qızı vurub öldürdü

30 iyul 2025 , 22:28
Samuxda 35 yaşlı qadını  ilan sancdı

Samuxda 35 yaşlı qadını ilan sancdı

30 iyul 2025 , 21:53
Gürcüstanda saxlanılan  Elnur Süleymanov Azərbaycana gətirildi

Gürcüstanda saxlanılan Elnur Süleymanov Azərbaycana gətirildi

30 iyul 2025 , 19:44
Qubada evdən meyit tapıldı

Qubada evdən meyit tapıldı

30 iyul 2025 , 19:33
Maşın vuran piyada 1 həftə sonra öldü

Maşın vuran piyada 1 həftə sonra öldü

30 iyul 2025 , 19:04
“Şlyapa Zahid”ə hökm oxundu

“Şlyapa Zahid”ə hökm oxundu

30 iyul 2025 , 18:35
"Sədərək" ticarət mərkəzində yanğın

"Sədərək" ticarət mərkəzində yanğın

30 iyul 2025 , 18:22