Beyləqan rayon bazarında güclü yanğın olub.
Lent.az xəbər verir ki, yanğınla mübarizəyə Ağcabədi və Füzuli rayonlarından yanğınsöndürən briqadalar cəlb olunub.
Yanğının xeyli hissəsinin qarşısı alınsa da yanğın hələ də davam edir.
Şahidlər bazarda çalışan ticarətçilərə ciddi maddi ziyan dəydiyini deyir.
FHN-dən verilən məlumatda isə bildirilib ki, Beyləqan şəhəri bazar ərazisində yerləşən bitişik tikilmiş müxtəlif təyinatlı mağazalarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən daha böyük sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.
Əməliyyat şəraitinə uyğun olaraq Beyləqan, Füzuli, İmişli, Ağcabədi və Saatlı rayonlarının yanğından mühafizə hissələrinin qüvvələri cəlb edilməklə yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Hazırda yanğının tam söndürülməsi və yanan mağazalarda yerləşən malların təhlükəsiz əraziyə daşınması işləri davam etdirilir.