Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırdı
13 iyun 2025 19:44 (UTC +04:00)

Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırdı

Yaxın Şərqdə baş verən son hadisələr səbəbindən təhlükəsizlik məqsədilə İran İslam Respublikasının ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini iyunu 13-dən dayandırıb.

Bu barədə Lent.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Bakı-Naxçıvan-Bakı reyslərinin bərpası barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Əlavə suallar yaranarsa, sərnişinlər AYNA-nın “141” Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 962

Oxşar yazılar