Üzeyir bəyin universitetdən qovdurmaq istədiyi sənətkar
O, dünyaya gələndə aləm bir-birinə dəymişdi... Səbəb onun gəlişi deyildi. Tam ayrıydı. Şərqdə ilk dəfə qurulmuş və 23 ay mövcud olmuş Azərbaycan Demokratik Respublikası öz ömrünü başa vurmuşdu. Onun yeninisə xalqlara azadlıq, insanlara bərabərlik vədi ilə bolşeviklərin təmsil etdiyi yeni quruluş tutmuşdu. Qırmızı imperiya bərqərar olduğu ilk günün sevincini yaşayırdı. Bakı qarmaqarışıqlıq içindəydi.
Paytaxtdan azca aralı, Şamaxıda da vəziyyət ürəkaçan deyildi. İctimai-siyasi proseslər ölkəmizin qayım-qədim yurdunu gərginliyə bürümüşdü. Belə bir vaxtda varlı-hallı nəslin nümayəndəsi olan Məmməd kişinin ocağında ətrafdan, baş verənlərdən xəbərsiz bir oğlan dünyaya gəldi. Adını Hacı qoydular. Kimsənin ağlına gəlməzdi ki, başqalarından zərrəcə seçilməyən bu körpə zamanın imtahanlardan üzüağ çıxacaq, gələcəyin böyük sənətkarı olacaq. Çox sonralar deyildiyi kimi, Hacı – tarçalanların tacı sayılacaq. Hələliksə o balacadı, dünyanın gərdişi, ailəsinin gələcək aqibəti barədə düşünməkdən, anlamaqdan uzaqdı. Onun mədəniyyət tariximizdə adını Hacı Məmmədov kimi möhürləyəcəyi günə çox var.
Hacı əlini tarın simlərinə birinci kərə 1927-ci ildə toxundurmuşdu. Bu təmas onun vücudunu vəcdə gətirməmişdi. Bəlkə də buna macal olmamışdı. Çünki tar çalmaq şakəri olan atası Məmməd kişi simlərlərlə dil tapmayan oğlundan narazı qaldığından «səndən bir şey çıxmaz» hökmünü verib, onu alətdən çəkindirmişdi. Dörd il sonrasa 11 yaşlı Hacı artıq ən gənc solist kimi Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrində çalışırdı. Özündən yaşca böyüklərlə bir sırada dayanmaq onu qorxutmurdu. Onun Bakıya gəlişi cəmi üç iliydi. Amma get-gedə şəhərə alışır, buranın insanlarıyla qaynayıb-qarışırdı. Əmisi Hüseynin sayəsində Bakıya gələn və gələcək taleyinin bütünlüklə buraya bağlanacağını irəlicədən ağlına gətirmirdi Hacı. 1929-cu ilin soyuq qış günündə əmisinin ona alıb bağışladığı tarla yarım əsrdən artıq yoldaşlığını da güman eləmirdi. Amma bu həyatdı. O qədər xəyalların günlərin birində gerçəkləşməsi var ki…
Şura hökumətinin əlinin suyunu varlı-hallılara göstərdiyinə tarix çox şahidlik eləyib. Bir yol yox, iki yol yox, Yaradan bilir nə qədər belə şeylər olub. Allahın qədəri, yazısı Məmməd kişinin ailəsindən, doğmalarından da yan keçmədi. Onların var-dövləti sinfi düşmən axtarışına başlayan bolşevik başbilənlərinin diqqətindən yayınmadığından təhlükəylə üz-üzə qaldılar. Sabah mal-mülkünün əlindən alınacağı hədəsiylə üzləşən Məmməd kişi hər şeyini unudub, gecəylə arabaya doluşub Bakıya pənah gətirməkdə görür çıxış yolunu. Tale onu ciddi sınağa çəkmişdi. Topdağıtmaz mülk, mal-qara sürüsü, əkin-biçin sahibi olan birisi yenicə isnişməyə başladığı şəhərdə kirayənişin yaşamaq məcburiyyətindəydi. Belə bir vaxtda balacalığına baxmayaraq artıq orkestrdə çalışan Hacının qazandığı pullar əllərindən tutur. Cəmi bir neçə il əvvəl «səndən bir şey çıxmaz» adlandırdığı oğlu indi onların əsas güman yerinə dönür. Bu taleyin ironiyasıydı. Qarşıdasa daha ciddi sınaqlar dururdu. Məmmədovlar ailəsi xoş güzəranlı həyatlarının xiffətindən ayılıb kasıblıqla barışmağa macal tapmamış faciə qapını kəsdirir. 1936 – cı ildə Məmməd kişi avtomobil qəzası nəticəsində həyatdan köçür. Ailənin ağırlığı bütünlüklə Hacının çiyninə düşür. O, bu yükü çəkməyə qadir olduğunu sübuta yetirmək üçün gecə-gündüz çalışır. Bir il sonra orta məktəbi bitirib konservatoriyaya qəbul olmaq istəyəndə doğmalarının qınağıyla üzləşir. «Nəsil- kökümüzdən musiqiçi çıxmayıb, ayıbdı. Həm də atanın torpağı soyumayıb, eşidən-bilən nə deyər» söyləyənlərin sözünü yerə salmır. Tərbiyəsi, ədəb-ərkanı böyükləri tapdalamağa yol vermir. Arzusu içində boğulsa da fəaliyyətini dayandırmır. Əksinə, günü-gündən daha da parlayır, sayılıb-seçilən tarzənlərdən biri olmaq imkanı genişlənir. On yeddi yaşından solo çıxışlarıyla diqqəti çəkən Hacı eyni zamanda filarmoniyanın səhnəsində Zülfi Adıgözəlov, Hüseynağa Hacıbababəyov, Həqiqət Rzayeva, Cahan Talışinskaya, Əlövsət Sadıqov kimi görkəmli xanəndələri müşayiətilə də yadda qalır. Məhz buna görə 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə iştirak edənlərin sırasında Hacının yer tutması heç kimdə təəccüb doğurmur. Bir il sonrasa gənc tarzənin yolu yenə Moskvaya düşür. Bu səfər xalq çalğı alətləri ansambllarının Ümumittifaq baxışında iştirak etmək üçün. Onun növbəti səfərinə də çoxları təbii yanaşır. Yalnız Üzeyir bəydən savayı. Bunun səbəbisə dahi bəstəkarın onu əvvəlcədən yaxından tanımaması ilə bağlıydı. Amma Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Məmmədsadıq Abdullayevin Hacı haqqında dediyi xoş sözlər Üzeyir bəyi xatircəm eləyir. Müsabiqə zamanı gənc tarzənin adlı-sanlı həmkarlarıyla bir sırada uğurlu çıxışı münsiflər heyətini razı salır. Ən çox məmnun qalanlardan birisə qabaq sırada əyləşib onun ifasına maraqla tamaşa edən Üzeyir bəy olur. Hacının barmaqlarından süzülən «Orta Mahur» muğamı, «Fantaziya» və «Ləzginka» oyun havaları alqışlarla qarşılanır. O, Bakıya qazandığı mükafatla, əlidolu qayıdır. Amma onun üçün ən böyük mükafat dahi bəstəkarın diqqətini çəkməsi, bəyənilməsi idi. Bundan sonra həyatının uğur zolağı başlayır. Radio dalğalarında tez-tez ifası səslənir, filarmoniyanın səhnəsində davamlı çıxışları olur. 1941-ci ildə o, ilk dəfə SSRİ sərhədlərindən kənara çıxır. Yavər Kələntərli, Əlibaba Abdullayev, Qılman Salahovla birgə İranda qastrol konsertləri verir.
İstedadlı tarzən kimi məşhurlaşması şəxsi həyatda da onun dadına çatır. Belə ki, Böyük Vətən müharibəsi başlayanda çağırış vərəqi alan Hacını filarmoniyada sonuncu saydığı konsertdə çıxışı xilas edir. Həmin axşam onun tarının dərd-qəm yağan səsi Yavər Kələntərlinin ürəkləri sızladan iniltili avazına bələnib könülləri riqqətə gətirir. Bu səhnədən təsirlənən respublikanın hərbi komissarı «belə istedadlı cavanı döyüşə göndərmək rəva deyil» qərarına gəlir. Necə deyərlər, tar onun qanının arasına girir. Amma Üzeyir bəyin məsləhəti və xeyir-duasıyla konservatoriyada ali təhsil almağa başlayan Hacını növbəti sınaqda tarı köməksiz qoyur. Hətta, əksinə mane olur desək, düz gələr. Çünki tarzənliyi, konservatoriyada oxumağı ilk görüşdən bir könüldən min könülə vurulduğu qızla ailə qurmasına sipər çəkir. Konservatoriyanı ali təhsil saymayan qız evi Hacıgilin elçilərini altı-yeddi dəfə geri qaytarırlar. İşi belə görən tarzən Aliyə xanıma məhəbbəti yolunda bütün əziyyətlərə qatlaşa biləcəyini sübuta yetirir. O sevdiyi qızın təhsil aldığı tibb institutuna üz tutur. İmtahanlardan uğurla çıxıb tələbə adını qazanır. Bundan sonra Aliyə xanımın atası inadından əl götürməli olur, qızının razılığını verməkdən başqa əlacı qalmır.
1944-cü ildə Hacı Məmmədov özləri kimi əslən Şamaxıdan olan nəcabətli bir ailənin qızıyla ailə qurur. Bu izdivacın barı – Nadir, Tahir və Cəmilə dünyaya gəlir. Aliyə xanıma sevgisini həyatda hər şeydən üstün tutan Hacı ömrünün sonunadək ailəsinə sadiq qalır. Maraqlı məqamlardan biri də odur ki, necə deyərlər, zorən həkim olmaq qərarına gələn tarzən sonradan bu peşəyə vurğunluğunun nəticəsi kimi uzun illər musiqiylə yanaşı, səhiyyə sahəsində də çalışır. Hətta o, sıravi həkimlikdən vaxtilə çox nüfuzlu və böyük heyətə malik 5 saylı xəstəxananın rəhbəri vəzifəsinədək yol keçir. Bir qism insanların həsəd, paxıllıq hədəfinə çevrilən Hacı söz-söhbətlərdən cana doyub 1970-ci ildən sonra ikinci peşəsindən ayrılmağı lazım bilir. Bununla da o uzun müddət işlətdiyi iki əmək kitabçasından (bu, sovet dövründə rast gəlinən nadir hadisələrdəniydi – S. E.) birini dincə qoyur. Ustad tarzənliyi və peşəkar cərrahlığı bir araya gətirməyi bacaran sənətkarın bədxahları da bundan sonra azca dinclik tapırlar. Dinclik məsələsindən söz düşmüşkən, Hacı hələ tibb institutunda oxuyanda rahatlığı pozulan varıydı. O, bu cavan, istedadlı tarzənin həkimliyin təsiri altına düşəcəyindən, milli musiqimizin onu itirəcəyindən ehtiyatlanan Üzeyir bəyiydi. Hətta, dahi bəstəkar Hacının həkimlik karyerasına sədd çəkməyə belə hazırıydı. Təsadüfi deyil ki, Üzeyir bəy tibb institutunun rektoruna qəribə görünəcək xahişlə müraciət etmişdi. Onu institutdan xaric elətdirmək xahişilə. Rektor böyük nüfuz sahibi Üzeyir Hacıbəyliyə hörmətinə rəğmən «bu qanunsuzluq və ədalətsizlik olar» deyərək belə bir işə qol qoymamışdı.
Müəllimsiz, məktəb görmədən tar çalmağı öyrənən və nəinki öz dövründə, bütövlükdə tar ifaçılıq sənəti tarixində xüsusi yeri, çəkisi olan yaradıcılıq ömrü yaşamaq adi məsələ deyil. Belə bir xoşbəxtlik hər kəsin qismətinə yazılmır. Hacı Məmmədov sələflərindən layiqincə bəhrələnən, ənənələri mühafizəkarcasına yad təsirlərdən, kənar meyllərdən qoruyan, tarın və heç şübhəsiz milli musiqimizin təəssübünü çəkən sənətkar kimi yaşadı. Onun fiziki ölcülərə sığan ömrü 61 il sürdü. Gördüyü işlər, əməllərsə on illərə, yüz illərə bəs edər. Nəsillərdən-nəsillərə keçəcək, öyrəniləcək, seviləcək, heyrətləndirəcək irsi bunu deməyə əsas verir. Qızıl fondda saxlanan lent yazıları – «Segah», «Çahargah», «Şur», «Bayatı Şiraz», «Çobanbayatı», «Orta Mahur», «Zabul» muğamları, təsnifləri, xalq və bəstəkar mahnıları onun ifasında əsl dərslik nümunəsidi. Yeri gəlmişkən, Hacı Məmmədov rus və Avropa bəstəkarlarının əsərlərini tarda ifa edən ilk sənətkar kimi də tarixə düşüb. Və o, tək bununla yox, digər yaradıcı işləriylə yenilklərə imza atıb. Məsələn, tara gətirdiyi ifaçılıq texnikasıyla bu alətin nəyə qadir olduğunu isbat edib. Hərçənd ömrünün son günündə belə ustad tarzən əlində muma döndərdiyi alətin min bir sirrinin hələ yarısına vaqif olmadığını dilə gətirmişdi. Tar onun necə deyərlər ciyərparasıydı. O, hətta ölüm yatağında da tarından nigaranıydı. Hacının qənaətinə görə sənətkara, adını çəkmək istəmədiyimiz erməni kamançaçalanı hələ canını tapşırmamış, aləti satmaq üçün əl-ayağa düşən arvadının həyasızlığından betər dağ çəkmək ola bilməzdi. Bir müddət əvvəl gözünün qarşısında baş verən bu səhnə ona pis təsir etmişdi. Belə bir aqibəti tarına arzulamayan Hacı son nəfəsdə dönə-dönə «ondan muğayat olun» deməyi lazım bildi. Kim bilir bəlkə də həmin anlarda böyük sənətkarın gözləri qarşısında daha hansı lövhələr canlanmışdı. Nədənsə mənə elə gəlir o məqamda Hacı tar çalmağa qərar verdiyi günü mütləq xatırlayırdı. Bu, 1927-ci ilin noyabrın 7-ə təsadüf edən, heç vaxt yaddaşından silinməyəcək tarixiydi. Həmin gün atası Məmmədlə Şamaxıdakı axar-baxarlı evlərindən çıxıb bayram şənliyinə getmişdilər. Toplaşanlar atasından tarda bir şey çalmağı xahiş etmişdi. Məmməd aləti kökləyib, sinəsinə qaldırmaq istəyəndə məclisə mahalda tarzən kimi məşhur Cəlil gəlib çıxmışdı. O, ədayla tarı götürüb «bax, belə çalarlar» deyəndə Məmməd kişi pərt olub mizrabı yerə qoymuşdu. Atasını hamıdan güclü sayan Hacı onun məğlubiyyətiylə barışmaq istəməmişdi. Ürəyində əsl tarzən olacağına və bu qisası alacağına söz vermişdi.
On yeddi il sonra Hacı tarzən Cəlillə İranda rastlaşdı. Birinci qastrolda, ikinci güzəran dalınca oralarda çalıb-çağırmaqdaydı. Tehranı, Təbrizi dolaşıb, növbəti dayanacaqda – Şahpurda konsert verən Hacı təsadüfən Cəlillə üz – üzə gəlmişdi. Cavanlığına baxmayaraq püxtə çalğısıyla həmkarını ovsunlamışdı. Onun «Orta Mahur»undan doymayan Cəlil yaxınlaşıb, «oğul, haralısan, kimlərdənsən» sualına aldığı cavabdan tutulmuşdu. Qarşısındakı bir vaxt ədayla yerində oturtduğu Məmmədin oğluydu. Amma Cəlildə daha ədalıq nəsə qalmamışdı. Zamanın üzüdönüklüyü vaxtilə meydan sulayan tarzənin sanki qol-qanadını qırmışdı. İndi o, bir parça çörək üçün tərki-vətən olan, xiffət, möhnət və nisgildən bükülmüş qocaya dönmüşdü. Hacını çox təsirləndirən bu səhnə uzun müddət yadından çıxmadı.
Növbəti unudulmaz tarixsə 1929-cu il fevralın 8-i idi. Əmisinin aldığı tarı çalmağa, daha doğrusu öyrənməyə başladığı gün. İlk müəllimi radioda dinlədiyi və təkrarlamağa çalışdığı musiqiləriydi Hacının. Sonra isə o özü müəllim oldu. Əvvəldən axıra könül bağladığı tarıyla ürəkləri oxşadı, dərs dedi, davamçılar, heyranlar yetişdirdi.
Tar Hacının, Hacı tarın rəmzinə çevrilib. Onu tarixin yaddaşında saxlayan tarın sayəsində Hacı Məmmədov çox şey qazanıb. 43 yaşında xalq artisti fəxri adı, orden-medallar, vətəniylə yanaşı, neçə-neçə ölkələrdə uğurlu çıxışlar, tamaşaçı, dinləyici məhəbbəti və heç şübhəsiz nəsillərə miras qalacaq ifaları əyaniləşdirən lent yazıları… Bir insan ömrü üçün yetərincə hər şey…
Bu gün Hacı Məmmədov adı küçələrdə, xatirə lövhələrində, kitablarda, müsabiqələrdə əbədiləşib. Onun ruhunu rahatsız edəcək nəsə yoxdu. 25 il susan tarı belə ömür-gün yoldaşı, iki-üç il öncə dünyasını dəyişən Aliyə xanımın razılığıyla tələbəsi Ağasəlim Abdullayevin sinəsində dillənir. Tar yenə oxuyur, xatirələri oyadır, ruhları təzələyir, könülləri coşdurur. Demək, Hacının bütün zamanlarda ürəyindən keçən çin olub, bu alət millətin, dövlətin sərvətinə çevrilib.
Hacı Məmmədov 1981-ci ilin isti yay günündə dünyadan köçdü. Həmin gün də dünyaya gəlişindəki təki aləm bir-birinə dəydi. Yox, bu dəfə səbəb rejim dəyişikliyi deyildi, həm çalğısı, həm də cərrah bıcağıyla ürəklərin keşiyində dayanan, ən başlıcasısa tarda inqilab eləmiş Hacının son gedişiydi…
Doxsanında xoş gördük! Ölümsüzlüyün mübarək, böyük tarzən!
Seymur Elsevər
[email protected]

741