Azərbaycanlı musiqiçi Motsartın yarımçıq əsərini tamamlayır
15 fevral 2010 17:45 (UTC +04:00)

Azərbaycanlı musiqiçi Motsartın yarımçıq əsərini tamamlayır

Dünya şöhrətli bəstəkar Motsartın yarımçıq qalmış əsərlərinin tamamlanması üçün Avstriyanın Zalsburq şəhərində müsabiqə keçiriləcək. Lent.az-ın məlumatına görə, Milli Konservatoriyanın tələbəsi, azərbaycanlı gənc musiqisi Ayan həmin müsabiqəyə hazırlaşır. Bu barədə musiqiçi Lent.az-a açıqlamasında xəbər verib.

Qeyd edək ki, arxivlərdə Motsartın yarımçıq əsərlərini onun öz dəsti-xətti ilə tamamlayan və komissiyaya təqdim edən insana Motsartın soyadı veriləcək. Motsartın yarımçıq qalmış əsərlərini elə tamamlamaq lazımdır ki, bunun başqa bəstəkar tərəfindən tamamlandığı qətiyyən hiss olunmasın. Müsabiqənin qalibi rəsmi olaraq Motsart soyadını daşımaq hüququna malik olacaq.

Musiqiçi və bəstəkar Ayan da bu müsabiqədə iştirak etməyə iddialıdır: "Bu müsabiqədə özümü sınamaq istəyirəm. Ümid edirəm ki, müsabiqənin qalibi olacağam. Çünki Motsartın əsərləri ilə çox maraqlanmışam. Üslubunu öyrənməyə çalışmışam. Dünya bəstəkarlarının iştirak etdiyi bu müsabiqədə Azərbaycanı təmsil etmək və simvolik olaraq Motsartın soyadını daşımaq hüququnu bir azərbaycanlı bəstəkarın əldə etməsini çox arzulayıram. Hesab edirəm ki, Motsartın yarımçıq əsərlərindən birini mükəmməl şəkildə tamamlamaq imkanım, istedadım var. Bu, mənim ən böyük qələbələrimdən biri ola bilər".

Xatırladaq ki, Ayanın bəstələri Azərbaycanın bir çox tanınmış müğənnilərinin repertuarında səslənir. Bu günə qədər Ayanın mahnıları xalq artisti Faiq Ağayev, əməkdar artist Azərin və digər sənətçilərin repertuarında səslənib.

Ayan gələcəkdə filmlər üçün musiqilər yazmaq, tamaşalara musiqi əsərləri hazırlamağı da düşünür: "Fuad Əlişovun çəkdiyi kliplərdən biri mənim bəstəm idi. "Vuander Odası"nı hazırlayanda onu mövzu ilə qurmuşdum. Sağ olsun Fuad Əlişov . Mən bu süjeti rejissora danışanda çox bəyəndi, müdaxilə etmədi. Klipdə mənim ideyalarımdan da istifadə olundu. Elə əsərlər olur ki, mən onları hazırlayanda fikrimdə konkret mövzu qururam. Belələrinə klip çəkiləndə ideyalarımı rejissorlarla bölüşməyə çalışıram".

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1330

Oxşar yazılar

Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə

Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə

8 iyun 2025 , 23:52
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz  5 film   -VİDEO

Yayda izləyə biləcəyiniz 5 film -VİDEO

5 iyun 2025 , 19:07