Aybəniz Haşımova: “Mən özüm də canlı ifanın tamarzısıyam”
Bülbüllər qrupunun rəhbəri, əməkdar artist Aybəniz Haşımovanın yanvarın 18-də Xəzər telekanalında açılacaq verilişi hələ də efirə çıxmayıb.
Aybəniz Haşımova Lent.az-a açıqlamasında verilişin texniki səbəblərdən yubandığını deyib. Onun sözlərinə görə, verilişin dekorasiyaları Türkiyədə sifariş olunduğundan onun gətirilməsi və quraşdırılması xeyli vaxt aparıb: “Çox güman ki, bu gün son tamamlanma işləri aparılacaq və sabahdan sınaq çəkilişlərim başlayacaq. Həftənin 5 günü 2 saat ərzində canlı efirdə olacağam. Ansambl olacaq və dəvət etdiyim müğənnilərin də mahnılarını canlı ifa etmələrinə çalışacağam. Bu gün mən özüm də canlı ifanın tamarzısıyam. Çünki mən sənətə gələn zaman hər mahnı canlı ifa olunurdu. İndi dəb dəyişib. Amma müasirliyi itirməmək və ana xətti onunla sintez etmək şərtilə gözəl bir iş qurub ortaya çıxarmaq lazımdır. Buna nə dərəcədə nail olacağam hələ bilmirəm”.
Aybəniz Haşımova öz verilişinin həmkarlarınkından nə ilə fərqlənəcəyini də açıqlayıb: “Mən orda aparıcı qismində olmaq istəmirəm. Hər ailənin doğmasına çevrilmək niyyətindəyəm. Tamaşaçılar müğənni - aparıcı yox, sevdiyi, ailə üzvlərindən biri olan Aybəniz Haşımovanı görsünlər. Öz evimdə necə səmimiyəmsə, orda da elə olmaq istəyirəm”.
Müğənni vaxtı olarsa, növbəti “Xalq ulduzu” yarışmasında da iştirak edəcəyini söyləyib.
Xəyalə Muradlı

Oxşar yazılar

Qaçırmamalı olduğunuz 10 möhtəşəm premyera -VİDEO
22 aprel 2025 , 16:20
Hər kəsin haqqında danışdığı 10 yeni serial -VİDEO
22 aprel 2025 , 12:24
Xalq rəssamı VƏFAT ETDİ
22 aprel 2025 , 10:21
“Oskar”ın növbəti təqdimetmə mərasimi bu tarixdə keçiriləcək
22 aprel 2025 , 06:41
Orxan Fikrətoğluna nazirlikdə vəzifə verildi
21 aprel 2025 , 17:53
Çətin gün keçirdin? - Bu komediyalardan birini izlə -VİDEO
21 aprel 2025 , 14:44
Cennifer Lopez bu filmdə baş rola çəkiləcək
21 aprel 2025 , 13:34